Alternative content

10:07 18 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:55 18.09.2019 Bitməyən melodiya
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 7 layihə, 20 milyon manat investisiya
7 layihə, 20 milyon manat investisiya
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:36 25.07.2019


İlham Əliyevin modern sənayeləşmə siyasətinin növbəti töhfəsi - Sabirabad Sənaye Məhəlləsi bu il istifadəyə veriləcək


Bu gün sənayenin yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qlobal çağırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər innovativ müəssisələrin yaradılmasına, ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın azaldılmasına yeni imkanlar açır. Bu baxımdan müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafının təmin edilməsi, bu sahəyə sahibkar marağının artırılması və daha çox investisiyanın cəlb edilməsi, istehsal sahəsində məşğulluğun yüksəldilməsi vacib amillərdir.

Yaradılan sənaye parkları və məhəllələri kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına xidmət edir. Hazırda Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı Sənaye parkları, Sumqayıt Texnologiya Parkı, Yüksək Texnologiyalar Parkı və Mingəçevir Yüksək Texnologiyalar Parkı, Neftçala, Masallı Sənaye məhəllələri fəaliyyət göstərir.


Sənayenin inkişafına dəstək


Prezident İlham Əliyevin "Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli fərmanı ilə müəyyən edilmiş vəzifələrin icrası sayəsində ölkədə sənaye məhəllələrinin yaradılması davamlı prosesə çevrilib. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli iqtisadi modeldir.

2014-cü ilin oktyabr ayından etibarən sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi dövlət başçısı tərəfindən İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə həvalə edilib.

Sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi "Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə tapşırılıb. Artıq dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastruktur yaradılmış Neftçala və Masallı sənaye məhəllələri fəaliyyətdədir, Hacıqabul Sənaye Məhəlləsində işlər yekunlaşıb. Sabirabad Sənaye Məhəlləsində son tamamlama işləri aparılır. Fəaliyyətdə olan sənaye məhəllələrində indiyədək 33 milyon manatlıq məhsul istehsal edilib. Bu sənaye məhəllələrində qeydiyyatdan keçmiş iştirakçıların sayı 36 olmaqla ümumilikdə, 140 milyon manata yaxın investisiya yatırılması, 2 minədək iş yerinin yaradılması nəzərdə tutulur. Müəssisələrin 21-i artıq fəaliyyət göstərir. Bu il daha 15 müəssisə fəaliyyətə başlayacaq.

İnvestisiya dəyəri 61,43 milyon manat olan Hacıqabul Sənaye Məhəlləsinin istehsalat korpusları icarəyə götürülüb. Sabirabad Sənaye Məhəlləsi də demək olar hazırdır. Sahəsinə görə indiyədək tikilən məhəllələrdən ən böyüyü olan bu müəssisədə son tamamlanma işləri gedir.

İqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə müsahibəsində bildirib ki, Hacıqabul və Sabirabad Sənaye məhəllələri ilə bağlı görülən işlər artıq yekun mərhələyə çatıb. Hər iki sənaye məhəlləsi ilin sonunadək istifadəyə veriləcək.


4 istehsalat sahəsi, inzibati, texniki və köməkçi binalar


Sabirabad rayonunun ərazisinin bir hissəsi Kür çayının sağ sahilində - Muğan düzündə, bir hissəsi Kürün sol sahilində - Şirvan düzündə, bir hissəsi də Araz çayının sol sahilində - Mil düzündə yerləşir. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı və sənaye təşkil edir. Yeni yaradılan sənaye məhəlləsi sənayenin inkişafına mühüm töhfə verəcək.

"Azərbaycan İnvestisiya Şirkəti”nin sənaye məhəllələri şöbəsinin müdiri Eldəniz Novruzov deyir ki, Sabirabad Sənaye Məhəlləsinin təməli 2017-ci il noyabrın 28-də dövlət başçısı tərəfindən qoyulub.

Tikintiyə 200 nəfərdən çox işçi cəlb edilib. Məhəllənin ümumi sahəsi 20,3 hektardır. Tikinti sahəsi 15 min 797 kvadratmetr təşkil edir. Binaların ümumi sahəsi 12 min 872 kvadratmetrdir. Burada hər biri 1305 kvadratmetr olan 4 istehsalat sahəsi inşa edilib.

Bundan başqa ikimərtəbəli inzibati, texniki və köməkçi binalar tikilib. Sahibkarların ixtiyarına veriləcək istehsalat sahələri də ikimərtəbəlidir.

Sahəsi 1000 kvadratmetr olan məhəllə ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və idarəedici təşkilatın istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Sənaye məhəlləsində sahibkarlara mühasibatlıq, hüquq, bank və sığorta, poçt və internet, logistika, tibbi xidmətlər göstəriləcək.


Fasiləsiz enerji təminatı, sutəmizləyici qurğular...


Sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə yaradılan məhəllədə artıq bütün istehsal korpusları elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, yanğından mühafizə sistemləri ilə təchiz edilib.

Həmçinin ərazidə məişət və texniki suların təmizləyici qurğulardan keçib yenidən istifadə edilməsi üçün müasir qurğular, elektrik yarımstansiyası, infrastruktur sistemlərinin fasiləsiz enerji ilə təmini üçün generator mövcuddur. Müəyyən səbəblərdən elektrik kəsilərsə, dərhal generator işə düşür, məhəllədə elektrik kəsilmir.


20 milyon manatlıq sərmayə...


Sahibkarlar tərəfindən böyük maraq göstərilən məhəllədə iştirakçı kimi qeydiyyatdan keçmək üçün daxil olan müraciətlərin qiymətləndirilməsinə gəlincə, Eldəniz Novruzov deyir ki, artıq ümumi investisiya dəyəri 20 milyon manat, 300-dən çox yeni iş yeri yaradılması nəzərdə tutulan 7 layihə dəyərləndirilib. Yəni 7 sahibkarlıq subyektinin sənaye məhəlləsinə iştirakçı kimi qeydiyyata alınmaları barədə "Azərbaycan investisiya Şirkəti” tərəfindən qərar qəbul edilib.

Bunlar jele, toffi və nuqalı konfetlərin istehsalçısı "Mirzəoğlu” MMC-nin, şokoladlı konfet istehsalçısı "Konfirom” MMC, yun və təbii bitki tədarükü "Azərxalça” ASC, orqanik gübrə istehsalçısı "İbra Holding”, bal məhsullarının qablaşdırılması üzrə fəaliyyət göstərən "Kercom” MMC, aqrotexniki xidmətlər (şum, səpin, biçin və s.) və biznes-konsaltinq xidmətləri göstərən "Aqrotexservis” MMC, eləcə də "Etöre İnşaat Mediya Enerji İthalat İhracat Yatırım Danışmanlık” müəssisələridir. Hazırda sənaye məhəlləsinə iştirakçıların qəbulu davam etdirilir. Əgər gələcəkdə ehtiyac yaranarsa, yeni istehsalat korpusları da inşa oluna bilər.


Həm məkan, həm də tikinti xərclərindən azad


Sənaye məhəllələri kiçik və orta sahibkarlıq subyektləri üçün əlverişli imkanlar yaratdığından komplekslərə böyük maraq var. Çünki məhəllələr sahibkarı həm məkan, həm də tikinti xərclərindən azad edir. Belə ki, sahibkar müraciət edərək məhəllədəki istehsalat korpuslarında istənilən həcmdə yeri icarəyə götürür. Həmin ərazidə isə bütün kommunal xidmətlər mövcuddur. Sadəcə olaraq avadanlıqlar quraşdırılır və istehsala başlanılır. Sahibkar dövlətə yalnız götürdüyü sahəyə uyğun icarəhaqqı verir.

Məhəllələrdə sahibkarlara torpaq sahələri də icarəyə verilir. Sahibkar hüquqi şəxs kimi məhəllənin ərazisindən torpaq sahəsi götürüb öz müəssisəsini inşa edir. Bu zaman Vergi Məcəlləsinə uyğun torpaq vergisi ödənilir. İstehsalat sahələrində yer götürən sahibkarlar dövlət tərəfindən tənzimlənən minimum qiymətlər əsasında icarəhaqqı ödəyirlər. Bu vəsaitin 50 faizi dövlət büdcəsinə, 50 faizi "Azərbaycan İnvestisiya Şirkəti”nə daxil olur. Torpağı icarəyə götürənlərin vergisi isə Vergi Məcəlləsinə uyğun tənzimlənir. Burada icarəhaqqı 100 faiz dövlət büdcəsinə ödənilir.

Məsələn, "Azərxalça” ASC məhəllənin ərazisində 0.60 hektar torpaq sahəsi icarəyə götürərək yun tədarükü məntəqəsi inşa edib. Bu regional yun tədarükü məntəqəsi Sabirabad, Hacıqabul, Saatlı, Salyan, Kürdəmir, Ucar, İmişli, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala rayonlarını, Şirvan və Lənkəran şəhərlərini əhatə edir.


Sənaye məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir


Bölgələrdə formalaşan ənənələr, xammal potensialı və əmək ehtiyatları nəzərə alınmaqla yaradılan belə müəssisələr bir qayda olaraq ən müasir standartlar səviyyəsində qurulur. Hazır məhsul həm daxili tələbatın ödənilməsinə yönəldilir, həm də ixrac idxalı üstələyir, "Made in Azerbaijan” brendi ilə dünya bazarına çıxan məhsullarımızın çeşidi artır, ixrac coğrafiyası böyüyür.

Göründüyü kimi, regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi baxımından sənaye məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir.

Prezident İlham Əliyevin illər öncə söylədiyi "Azərbaycanın qeyri-neft sənayesinin inkişafı üçün tikilən bütün sənaye park və məhəllələri, zavod və fabriklər bir müddətdən sonra ölkəyə böyük həcmdə valyuta gətirəcək” fikri təsdiqini tapır. Ötən il olduğu kimi, bu il də dövlət başçısının modern sənayeləşmə istiqamətində həyata keçirdiyi layihələr uğurla reallaşacaq və ölkəmizdə fəaliyyətə başlayacaq daha 2 yeni sənaye məhəlləsi bu sahənin inkişafına mühüm töhfə verəcək. Yerli istehsalın stimullaşdırılması istiqamətində həyata keçirilən işlər tezliklə ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayenin sürətli inkişafına səbəb olacaq.

Sabirabad Sənaye Məhəlləsi də rayon, bütünlükdə region üçün, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun təmin olunması baxımından əlverişli məkana çevriləcək.

Rəşad BAXŞƏLİYEV,

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM