Alternative content

02:25 08 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
02:14 08.12.2019 Hamı razılıq edir
02:13 08.12.2019 48 ailənin sevinci
02:09 08.12.2019 İlk qiblə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 9-cu qızıl medal
9-cu qızıl medal
ANA SƏHİFƏ / İDMAN
00:32 25.07.2019


Cüdoçular medal estafetini davam etdirirlər


Son illər Azərbaycanda idman sahəsində qazanılan uğurlar bu sahəyə göstərilən yüksək diqqət və qayğının nəticəsidir. Azərbaycanda beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarına qatılaraq layiqli nəticələr göstərirlər.

Avropa Gənclərinin XV Yay Olimpiya Festivalında idmançılarımız hər gün medal sayını artırmaqla xalqımızı sevindirməkdə davam edirlər. İlk yarış günlərində 16 medal (8 qızıl, 5 gümüş, 3 bürünc) qazanan güləşçilərimizin zəfər estafetini Festivalın 4-cü yarış günündə cüdoçularımız davam etdiriblər.

Heydər Əliyev adına İdman Sarayında keçirilən 40 ölkədən 297 cüdoçunun qatıldığı yarışda Azərbaycan 4 qız və 8 oğlan idmançı ilə təmsil olunur.

Dünən qadınların yarışında 40 kq, 44 kq və 48 kq, oğlanların mübarizəsində isə 50 kq, 55 kq və 60 kq çəki dərəcələrində qaliblərin adına aydınlıq gəlib. İlk yarış günündə Azərbaycan millisinin 4 üzvü tatami üzərinə çıxıb və 1 qızıl, 2 bürünc medal qazanıblar.

60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov debütdə Adam Saferi (Avstriya) 20 saniyəyə ippona salıb. O, ardınca Mikos Tontinidisi də məğlub etməyə cəmi 13 saniyə vaxt sərf edib.

Cüdoçumuz finala gedən yolda türkiyəli Muhammed Demirellə üz-üzə gəlib və tatamidən qalib ayrılıb. Həlledici mərhələdə rəqib rusiyalı Rizvan Maqomadov olub. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdən qalib ayrılan Turan "Bakı-2019”un qalibi olub.

Görüşdən sonra Turan Bayramov deyib: "Yarışa ciddi hazırlaşmışdım, inanırdım ki, qələbə qazanacağam. Doğma meydanda qızıl medal qazanmağımdan çox məmnunam. Final görüşüm bir az çətin keçdi. Digər idmançılarla görüşdə qələbə qazanmaqda elə də çətinlik çəkmədim”.

Festivalın yüksək səviyyədə təşkil olunduğunu söyləyən idmançımız növbəti hədəfini də açıqlayıb. Bildirib ki, hədəfi bundan sonra daha səylə çalışaraq dünya, Olimpiya çempionu olmaqdır.

Qadınların yarışında 55 kq çəkidə mübarizə aparan Şükran Zamanlı da mübarizəyə portuqaliyalı Migel Gaqodan üzərində qələbə ilə başlayıb. Lakin idmançımız uğurun davamını gətirə bilməyib və ikinci cəhdində macarıstanlı Bense Farkaşa uduzub. Buna baxmayaraq, təsəlliverici görüşlərə qatılan həmyerlimiz almaniyalı David İckes və hollandiyalı Laurens Vilmsdən güclü olub. Bürünc medal uğrunda görüşdə Şükran ukraynalı Vladislav Kolobovla qarşılaşmadan qalib ayrılaraq turniri 3-cü pillədə başa vurub.

44 kq çəkidə qüvvəsini sınayan Gülşən Bəşirova da Mariya Qonzalesə (İspaniya) qalib gəldikdən sonra Anastasiya Balabana (Bolqarıstan) məğlub olub. Təsəlliverici qarşılaşma isə Gülşənin xeyrinə yekunlaşıb. O, polşalı Natalya Stoklosanı mübarizədən kənarlaşdırıb. Cüdoçumuz 3-cü yer uğrunda hollandiyalı Joşlin Supusepa ilə üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən idmançımız Festivalı 3-cü yerdə başa vurub.

İsmayıl Qənbərli (50 kq) startda Sergey Mastryukova (Rusiya) uduzub. Onun rəqibi növbəti mərhələdə məğlub olduğu üçün təmsilçimiz yarışla vaxtından əvvəl vidalaşıb.

Elçin CƏFƏROV,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM