25 Iyul 2019 00:17
768
Mədəniyyət
A- A+

“Sevgilim Sumqayıt”la görüş


50 yaşlı Sumqayıt Dövlət Dram Teatrı cari mövsümdə əvvəlki illərdəkindən fərqli olaraq çoxlu yeniliklərə imza atmaqdadır. Repertuarların qurulmasında tamaşaçı rəyini əsas tutan, təbliğatyönümlü proqramlar hazırlayan teatr kreativ layihələr çərçivəsində göstərilən tamaşalarla teatrsevərlərin diqqətini özünə cəlb etməkdədir.

50-ci mövsümün ikinci yarısında gerçəkləşdirilən layihələrin sırasına biri də əlavə olunub. Sumqayıt Dövlət Dram Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidovun ideya müəllifi və layihə rəhbəri olduğu tamaşa Sumqayıt sakinləri tərəfindən maraqla qarşılanıb. Sumqayıtın şəhər statusu almasının 70 illiyi ilə əlaqədar həyata keçiriləcək tədbirlər silsiləsinə teatrın yaradıcı heyəti öz töhfəsini bu yeni layihə ilə verəcək.

Bir müddət öncə tanınmış dramaturq, əsərləri ölkə teatrlarında, eləcə də xaricdə uğurla nümayiş olunan Əməkdar incəsənət xadimi Əli Əmirli şəhərin tarixini və ayrı-ayrı illərini əhatə edən hadisələri özündə cəmləyən "Sevgilim Sumqayıt” pyesini teatrın bədii şurasına təqdim edib. Xeyli müddət idi ki, əsər üzərində yaradıcılıq işi aparılırdı. Baş rejissor, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi "Sevgilim Sumqayıt” tamaşasının hazırlıq prosesi yüksək temp və sevgilə tamamlanıb. Tamaşa iki heyətdə; əsas və dublyor oyunçularla ərsəyə gəlib.

Tamaşada teatrın aparıcı aktyorları - əməkdar artistlər Fəranə Musayeva, Növrəstə Həşimova, Sədaqət Nuriyeva, İlahə Səfərova, Cəlal Məmmədov, Xatirə Süleymanova, aktyorlar Kamran Muradlı, Şəmistan Süleymanlı, Şəhla Məmmədova, İlahə Səfərova, Rövşən Əsgərov, Elay Xasıyev, Yeganə Məmmədvəliyeva, Vəfa Qurbanova, Şəms Abdullayeva və Gülnarə Qədirova çıxış edirlər. Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı Elşən Sərxanoğludur.

Bu günlərdə "Sevgilim Sumqayıt” tamaşasına ictimai baxış keçirilib. Teatrın bədii şura üzvləri, şəhər rəhbərliyi tamaşa haqqında fikir və tövsiyələrini kollektiv üzvlərinə bildirərək, yaradıcı heyəti təbrik etmiş, bu layihənin uğurlu bir iş olaraq şəhərimizin 70 illik yubileyinə teatrın layiqli hədiyyəsi olduğunu vurğulamışlar. Tamaşaya dəvət olunan ziyalılar, teatrşünaslar kollektivin ərsəyə gətirdikləri əsərə minnətdarlıqlarını alqışlarla bildiriblər.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video