Alternative content

20:55 05 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
18:01 05.12.2019 Fransada ümumxalq tətili
15:59 05.12.2019 PAYIZ ETÜDLƏRİ - FOTO
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “EYOF Bakı 2019”: Cüdo yarışlarının birinci günündə Azərbaycan komandası 1 qızıl və 2 bürünc medal qazanıb
“EYOF Bakı 2019”: Cüdo yarışlarının birinci günündə Azərbaycan komandası 1 qızıl və 2 bürünc medal qazanıb
ANA SƏHİFƏ / İDMAN
23:01 24.07.2019

İyulun 24-də Heydər Əliyev adına İdman Sarayında Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışları start götürüb. Azərbaycan idmançıları yarışların birinci günündə 1 qızıl və 2 bürünc medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, yarışların birinci günündə qızlar 40, 44, 48, oğlanlar isə 50, 55, 60 kiloqram çəki dərəcələrində çıxış ediblər. Festivalın cüdo yarışlarının birinci günündə Azərbaycanın 5 idmançısı mübarizəyə qoşulub.

Qızıl medalı ölkəmizin aktivinə Turan Bayramov (60 kq) yazdırıb. İdmançımız həlledici görüşdə rusiyalı Rizvan Maqomedova ipponla qalib gələrək çempion olub. T.Bayramov finala gedən yolda Adam Saferini (Avstriya), yunanıstanlı Mikis Tontimidisi məğlub edərək yarımfinala yüksəlib. O, həlledici qarşılaşmaya vəsiqə uğrunda türkiyəli Muhammed Demireli məğlubiyyətə uğradıb.

Şükran Zamanlı (55 kq) üçüncü yer uğrunda görüşdə ukraynalı Vladislav Kolobovu ipponla məğlub edərək bürünc medala sahib olub. O, onaltıdabir finalda portuqaliyalı Migel Qaqo üzərində təmiz qələbə qazansa da, sonrakı mərhələdə macarıstanlı Benko Farkasa ipponla uduzub. Təsəlliverici görüşə qatılan idmançımız əvvəlcə almaniyalı David İkesi, daha sonra hollandiyalı Laurens Vilmsi ipponla məğlubiyyətə uğradıb.

XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında digər bürünc medalı komandamıza qadın idmançımız Gülşən Bəşirova (44 kq) qazandırıb. Təmsilçimiz üçüncü yer uğrunda görüşdə hollandiyalı Yoslin Supusepi ipponla məğlub edib. G.Bəşirova səkkizdəbir finalda ispaniyalı Mariya Qonzalesi 2:1 hesabı ilə məğlub etsə də, dörddəbir finalda rusiyalı Anastasiya Balabana ipponla məğlub olub. Təsəlliverici görüşə qatılan idmançımız polşalı Natalia Stoklosa ipponla qalib gəlib.

Festivalda 40 ölkədən 297 cüdoçu iştirak edir. Azərbaycan bu nüfuzlu turnirdə 12 cüdoçu (8 oğlan, 4 qız) ilə təmsil olunur.

İyulun 25-də qızlar 52, 57 və 63, oğlanlar 66 və 73, iyulun 26-da qızlar 70 və 70 kiloqramdan yuxarı, oğlanlar 81, 90 və 90 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. İyulun 27-də isə qarışıq komanda yarışları keçiriləcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM