Alternative content

04:28 12 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:58 12.12.2019 Xilaskar Lider
00:56 12.12.2019 Tarix yaradan şəxsiyyət
00:41 12.12.2019 Qəlblərdə yaşayan dahi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tokioda 2020 Olimpiadası medallarının dizaynı təqdim olunub
Tokioda 2020 Olimpiadası medallarının dizaynı təqdim olunub
ANA SƏHİFƏ / İDMAN
16:17 24.07.2019

Tokioda keçiriləcək Olimpiya Oyunlarının təşkilatçıları yarışların başlamasına düz bir il qalmış keçirilən təntənəli mərasimdə Olimpiya medallarının dizaynını təqdim ediblər. AZƏRTAC xəbər verir ki, TASS informasiya agentliyi mərasimdən geniş reportaj hazırlayıb.

Medalların hər birinin üzərində Tokio Olimpiadasının emblemi sferik şəkildə və ənənəvi "itimatsu” yapon naxışları ilə şahmat qaydasında və ağ rəngdə təsvir edilib. Onu hər tərəfdən üçölçülü və çoxşaxəli "burulğan” əhatə edib. Medalın arxa tərəfində qədim mifologiyadan Nika ilahəsinin təsviri var. Medalların dizaynının müəllifi yaponiyalı Cyunyiti Kavanisidir.

Üzərində "itimatsu” naxışları olan parçalar Yaponiyada Edo dövründə (XVII-XIX-əsrin birinci yarısı) populyar olub. Dizaynerlər bildirirlər ki, Yaponiyaya məxsus olan bu cür emblem zərifliyin və incəliyin rəmzidir. Həndəsi fiqurların müxtəlif formaları dünyada mədəniyyətlərin rəngarəngliyini göstərir. Olimpiya medalının çəkisi 550 qramdır. Onları bütün ölkədə istifadə olunmuş elektronika cihazlarının, xüsusən smartfonlar və planşetlərin hissələrindən hazırlamaq qərara alınıb. Yaponiya əhalisi üçün bu konsepsiya tamamilə uyğun olub, çünki utilizasiya əlavə xərc tələb edir və bu cür cihazları elə-belə küçəyə atmaq olmur.

Bu aksiyanın keçirildiyi iki il müddətində şəhərlərin hakimiyyətləri bütün ölkə boyu 79 min ton elektronika toplayıblar. Telekommunikasiya operatoru NTT şirkətinin mağazalarına isə daha 6 milyon mobil telefon təhvil verilib. Bütün bu tədbirlərin nəticəsində Olimpiya medallarının hazırlanması üçün 32 kq qızıl, 3,5 ton gümüş və 2,2 ton bürünc əldə edilib.

Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək, Paraolimpiya Oyunları isə avqustun 25-dən sentyabrın 6-dək keçiriləcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM