24 Iyul 2019 15:55
503
DÜNYA
A- A+

Ermənistan ordusunda intihar və cinayət halları artıb


Son günlər Ermənistan ordusunda intihar və cinayət halları artıb. AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bu ölkənin İstintaq Komitəsi Volodya Qaloyan adlı hərbi qulluqçunun avtomat silahla öz əsgər yoldaşını öldürmək istədiyini bildirib. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində baş vermiş bu insidentin təhqiqatı zamanı aydın olub ki, atəş açdıqdan sonra qaçan həmin hərbi qulluqçu digər əsgər tərəfindən güllələnib.

Həmin gün digər insident isə paytaxt Yerevanda baş verib. İstintaq Komitəsinin mətbuat katibi Naira Aryutunyan jurnalistlərə bildirib ki, Rusiyanın Ermənistanda dislokasiya olunmuş sərhəd qoşunlarında kontrakt əsasında xidmət edən 30 yaşlı erməni hərbi qulluqçu yaşadığı bağ evində özünü asaraq intihar edib. O əlavə edib ki, hərbçinin cəsədi üzərində məhkəmə-tibbi ekspertiza aparılır. Hadisənin səbəbinin həmin şəxsin həmkarlarına külli miqdarda borcu olmasıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video