Alternative content

21:29 17 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yardımlıda taxıl biçini yekunlaşır
Yardımlıda taxıl biçini yekunlaşır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:11 24.07.2019


Havaların nisbətən sərin keçməsi dağlıq ərazilərdə taxılın və digər kənd təsərrüfatı məhsullarının yetişməsini müəyyən qədər ləngidir. Elə buna görə də aranda biçinin başa çatmasına baxmayaraq, bir çox dağ rayonlarında, o cümlədən Yardımlıda biçin davam edir.

Rayonun icra orqanları, torpaq mülkiyyətçiləri yetişdirdikləri taxılın keyfiyyətlə və itkisiz yığılması üçün zəruri olan tədbirləri görüblər. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi də taxıl biçini ilə əlaqədar rayona təhkim olunmuşdur.

Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Şahlar Əliyevin dediyinə görə, keçən ilin payızında bu ilin məhsulu üçün 3 min 477 hektar sahədə taxıl əkini aparılmışdır. Bunun 3 min 191 hektarı buğda, 156 hektarı arpa, 130 hektarı vələmirdir. Yardımlıda taxıl və digər kənd təsərrüfatı məhsullarının əksər hissəsi dəmyə şəraitində yetişdirilir. Qış mülayim keçdiyindən sahələrdən məhsul əldə edilməyəcəyi təhlükəsi yaranmışdı. Lakin yazın yağıntılı olması bu gərginliyi aradan qaldırmışdır. Biçilən zəmilərin hər hektarından orta hesabla 22,6 sentner məhsul əldə olunub. Rayonda "Aqrolizinq” ASC-nin filialının olmaması isə taxıl biçinində və digər kənd təsərrüfatı işlərinin gedişində müəyyən çətinliklər yaradır. Məsələn, builki biçin mövsümündə Salyan və Astara rayonlarından köməyə dəvət olunmuş kombaynların sürücüləri heç vaxt dağlıq şəraitdə işləmədiklərindən biçində iştirak etmədilər.

Seyran CAVADOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM