Alternative content

01:01 16 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Güləşçilərimiz etimadı doğrultdular
Güləşçilərimiz etimadı doğrultdular
ANA SƏHİFƏ / İDMAN
01:09 24.07.2019


Dünən güləşçilərimiz Avropa Gənclərinin XV Yay Olimpiya Festivalında zəfər estafetini davam etdirdilər. "Bakı-2019”da güləş yarışlarının sonuncu günündə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeddi çəki dərəcəsində qaliblər məlum oldular.

Azərbaycan güləşçiləri bütün çəki dərəcələrində mübarizə apardılar. Mötəbər idman yarışında pəhləvanlarımız ümumilikdə 16 medal (8 qızıl, 5 gümüş, 3 bürünc) əldə edərək tarixi qələbəyə imza atdılar.

Bu, bir daha göstərir ki, Azərbaycanın adının dünyanın aparıcı güləş ölkələri sırasında çəkilməsi təsadüfi deyil. Dünyanın ən möhtəşəm idman tədbiri olan Olimpiya Oyunlarında əldə etdiyimiz qələbələrin əksəriyyəti məhz güləş növünün payına düşür. Şübhəsiz, qələbəni labüd edən ən başlıca amil idmançıların onlara göstərilən böyük qayğı və etimad müqabilində dövlət və xalq qarşısında məsuliyyətlərini dərk etmələri, yüksək iradə göstərərək sonadək mübarizə aparmalarıdır.

Sərbəst güləşdə 51 kq çəki dərəcəsində yarışan Kənan Heybətov 1/8 finalda Ukrayna təmsilçisi İvan Terzini tam üstünlüklə məğlub edib. Daha sonra Finlandiya idmançısı Niko Hivonenə heç bir şans verməyən təmsilçimiz yarımfinala yüksəlib. Finala gedən yolda yunanıstanlı Nektarios Kristos Kuzupisi də vaxtından əvvəl məğlub edən Kənan həlledici görüşdə rusiyalı Rüstəm Dolayevlə üz-üzə gəlib.

Görüşü qalib başa vuran pəhləvanımız Festivalın qızıl medalına yiyələnib.

Sərbəst güləş yarışlarında Cəbrayıl Hacıyev (65 kq) təsnifat mərhələsində gürcüstanlı Davit Patsinaşvili üzərində inamlı qələbə qazanıb. Daha sonra türkiyəli Duhan Hamza Dumanı da məğlub edən Cəbrayıl adını dörddəbir finala yazdırıb. Yarımfinala gedən yolda Yunanıstan təmsilçisi Konstantinos Nikopolidisi mübarizədən kənarlaşdıran pəhləvanımız bu mərhələdə İsveçrə idmançısı Umar Mavlayevə də qalib gələrək finala yüksəlib. Final qarşılaşmasında Batirbek Tşkovrebovla (Rusiya) güləşən idmançımız qalib gələrək qızıl medala layiq görülüb.

Yunan-Roma güləşində 51 kq çəkidə yarışan Elmir Əliyev 1/8 finalda Norveç təmsilçisi Kristofer Anderseni sıradan çıxarıb. Dörddəbir finalda o, Rumıniya idmançısı Denis-Florin Mihaydan güclü olub. Yarımfinalda gürcüstanlı Nukri Benidzeyə "tuşe” ilə qalib gələn həmyerlimiz adını finala yazdırıb. O, çempionluq üçün Sanya Yakovlevlə (Ukrayna) münasibətinə aydınlıq gətirib və 10:0 hesabı ilə inamlı qələbə qazanaraq qızıl medala sahib olub.

Qaliblərin mükafatlandırılması mərasimində medalları idmançılara Azərbaycan Respublikası Baş Nazirinin müavini, XV Avropa Gənclər Olimpiya Komitəsinin Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov təqdim edib.

Yunan-Roma güləşindəki digər təmsilçimiz Xasay Həsənli (65 kq) ilk mərhələdə Yunanıstan idmançısı Fotios Bukisi məğlub etməkdə çətinlik çəkməyib. Müvafiq olaraq finlandiyalı Kasperi Kauhanenə və İsveçrədən olan güləşçi David Loherə də aman verməyən Xasay adını yarımfinala yazdırıb. Həlledici mərhələyə çıxmaq üçün Ukrayna güləşçisi Marian Qolubovski ilə gərgin mübarizə şəraitində keçən görüşdən də qalib ayrılan təmsilçimiz qızıl medal uğrunda Deni Nakayevlə (Almaniya) qarşılaşıb. Görüşü qalib başa vuran təmsilçimiz "Bakı-2019”un qızıl medalını qazanıb.

Qadın güləşçilərin mübarizəsində Elnurə Məmmədova (53 kq) gərgin keçən qarşılaşmada macarıstanlı Flora Vizidən üstün olub. Daha sonra Ukrayna və Rumıniya idmançıları üzərində əzmkar qələbə qazanan Elnurə finala adlayıb. Həlledici mərhələdə rəqib rusiyalı Polina Lukina olub. Görüşdə uduzan təmsilçimiz Festivalı gümüş medalla başa vurub.

65 kq çəkidə mübarizə aparan Nigar Mirzəzadə isə yarışa almaniyalı Mari Trautmana qalib gəlməklə başlayıb. Ancaq 1/4 finalda güləşçimiz türkiyəli Nesrin Başa uduzub. Rəqibi finala yüksəldiyindən həmyerlimiz təsəlliverici görüşə qatılıb və Lusi Makqratla (Böyük Britaniya) güləşdən qalib ayrılaraq 3-cü yer uğrunda qarşılaşmada polşalı Zofia Polovçiki məğlub edərək Festivalın bürünc medalına yiyələnib.

Elçin CƏFƏROV,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM