Alternative content

01:51 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tolerantlıq: Azərbaycan cəmiyyətinin dəyişilməz həyat tərzi
Tolerantlıq: Azərbaycan cəmiyyətinin dəyişilməz həyat tərzi
ANA SƏHİFƏ / SİYASƏT
01:02 24.07.2019


Azərbaycanın tarixi inkişafı, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi bu ərazidə müxtəlif mədəniyyətlərin mənsublarının dinc birgəyaşayışına şərait yaratmışdır. Müasir dövrümüzdə belə nümunələrə çox az rast gəlinir. Bu gün dünyada dini, etnik, irqi zəmində münaqişələrin sayı artmaqdadır. Bunun da nəticəsində toqquşmalara, savaşlara gətirib çıxaran qanlı hadisələr baş verir. Bütün bunların fonunda Azərbaycan nümunəsi model rolunu oynayır. Bu mənada ölkəmizi fərqləndirən cəhət ilk növbədə ondan ibarətdir ki, tarix boyu bu coğrafiyada yaşayan bütün dinlərin və etnosların təmsilçiləri bir-birlərinin mədəni və mənəvi baxışlarına hörmətlə yanaşıb. Bu torpaqlarda tarixin heç bir dönəmində dini və ya milli zəmində qarşıdurma və ziddiyyətlər meydana çıxmayıb. Beləliklə, Azərbaycanda tolerantlıq ənənəsinin əsası hələ qədim dövrlərdən qoyulub.

Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənmiş və bu sahə dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunu cənab Prezident İlham Əliyev uğurla həyata keçirir.

Bu baxımdan Mənəvi Dəyərlərin Təbliği Fondu da ölkədə mövcud olan tolerant, multikultural mühitin, birgəyaşayış ənənəsinin qorunub-saxlanılması, birliyin, dostluğun, qardaşlığın möhkəmləndirilməsi istiqamətində üzərinə düşən vəzifələri icra etməkdədir. Belə ki, fondun cari il üçün nəzərdə tutulan tədbirlər planında Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini konfessiyalara həsr olunmuş "Tolerant Azərbaycan” layihəsi çərçivəsində silsilə konfransların təşkil edilməsi nəzərdə tutulub.

Fond tərəfindən həyata keçirilən "Tolerant Azərbaycan” layihəsi çərçivəsində növbəti tədbir Alban-Udi Xristian dini icması ilə birlikdə bu günlərdə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən "Azərbaycan-Udi Ocağı”nda keçirilib. Tədbirə fondun icraçı direktorunun müavini Rəfi Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, Qəbələ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Absalam Hüseynov, Qəbələ rayon Təhsil şöbəsinin müdiri Arifə Bayramova, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Oğuz şəhəri Alban-Udi Xristian dini icmasının sədri Svetlana Ağababayeva, Belarus-Azərbaycan İcmaları Konqresinin üzvü, Dünya Azərbaycanlılarının III qurultayının nümayəndəsi Quqasari Roman, dini icmaların üzvləri, Nic qəsəbə sakinləri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri qatılıb. Çıxışlarda udilərin tarixi vətəni olan Azərbaycanda öz dilinin, dininin, eyni zamanda qədim adət-ənənələrinin qorunmasında həm icma, həm də dövlət səviyyəsində görülən işlərdən geniş söhbət açılıb. Həmçinin tədbir iştirakçıları bildiriblər ki, bütün dini icmalar kimi, Alban-Udi Xristian dini icması da dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunub.

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən "Tolerant Azərbaycan” layihəsi çərçivəsində növbəti tədbirin Bakı şəhəri Dağ Yəhudiləri dini icması ilə birlikdə keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, "Tolerant Azərbaycan” layihəsinin ilk tədbiri aprelin 17-də Bakıda Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası ilə birlikdə keçirilmişdi. Konfransda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası İdarəsinin mətbuat katibi, protierey Konstantin Pominov, Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanının müavini Vadim Suxarev, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Anar Əlizadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov, eləcə də dini icma sədrləri və üzvləri, ictimaiyyət nümayəndələri iştirak etmişdilər. Tədbirdə ölkəmizdə tolerant mühitin dövlət tərəfindən yüksək səviyyədə qorunması, bütün dinlərə mənsub insanların rahat yaşamaları üçün müvafiq şəraitin yaradılması, dünyada ksenofobiyanın, islamofobiyanın hökm sürdüyü bir dövrdə Azərbaycanda sabitliyin, əmin-amanlığın mövcudluğu barəsində geniş fikir mübadiləsi aparılmışdı.

Bu kimi layihələrin həyata keçirilməsi dövlət tərəfindən ölkəmizdə mövcud olan müxtəlif mədəniyyətlərə, dinlərə və konfessiyalara diqqətin və qayğının bariz nümunəsi, dəyərlərə göstərilən hörmətdir. Bu mənada Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən sosial layihələrin icrası hər zaman diqqət mərkəzində saxlanılır.

Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM