Alternative content

01:55 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib
Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
22:40 23.07.2019
İyulun 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ağdamın Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları, ərazisi işğal olunmuş rayonların Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliklərinin rəhbərləri, Ağdam rayonundan olan məcburi köçkünlər iştirak edib.

Əvvəlcə Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Qarabağ bölgəsinin strateji baxımdan ən mühüm inzibati ərazilərindən olan Ağdam rayonunun tarixi keçmişindən, vaxtilə respublikamızın iqtisadi-mədəni həyatında tutduğu mövqedən, ağdamlıların müxtəlif sahələrdəki uğurlarından və torpaqlarımızın müdafiəsi uğrunda göstərdikləri şücaətlərdən danışıb. Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurası Ağdamın işğalını pisləyən və işğalçı ordunun zəbt olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən 853 saylı qətnamə qəbul edib. Lakin bu qətnamə də digər qərar və qətnamələr kimi icra edilməyib.

Qeyd olunub ki, Ağdam rayonunun böyük hissəsi işğal altında olsa da, Prezident İlham Əliyevin tapşırığı ilə nəzarətimizdə olan ərazilərdə quruculuq, abadlıq işləri aparılır. Həyata keçirilən işlər nəticəsində məcburi köçkünlərin də mənzil-məişət şəraiti yaxşılaşdırılır, onların maddi rifah halının yüksəldilməsi üçün imkanlar yaradılır. Son illər ərzində məcburi köçkünlər üçün Ağdamda 18 qəsəbə tikilib. Bu istiqamətdə işlər davam etdirilir.

Bir daha qeyd edilib ki, məcburi köçkünlərin mənzillə təminatı mərhələli şəkildə aparılır. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığına əsasən öncə qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkünlər mənzillə təmin edilir.

Daha sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin ərazisi işğal edilmiş rayonlardakı təşkilatlarının rəhbərləri, Ağdam rayonundan olan ziyalılar çıxış ediblər. Onların çıxışı zamanı xalqımızın birliyi, müstəqil dövlətimizin gücü və qüdrəti, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində Qarabağ bölgəsinin, o cümlədən Ağdamın tezliklə işğaldan azad ediləcəyinə dərin inam ifadə olunub.

Sonda Ağdam rayonuna həsr edilmiş film nümayiş etdirilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM