Alternative content

01:51 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Argentinalı və uruqvaylı jurnalistlərə ölkəmizdə mövcud olan dini vəziyyət barədə məlumat verilib
Argentinalı və uruqvaylı jurnalistlərə ölkəmizdə mövcud olan dini vəziyyət barədə məlumat verilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:37 23.07.2019

İyulun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Argentinadan və Uruqvaydan olan jurnalistlər Xalid Hallar və Susana Manqana ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, Mübariz Qurbanlı jurnalistlərə ölkəmizdə mövcud olan dini durum və DQİDK-nın fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycanda 942 dini qurumun dövlət qeydiyyatına alındığını bildirən sədr onlardan 907-nin İslam, 35-nin isə qeyri-islam təmayüllü olduğunu deyib. Azərbaycan əhalisinin əksər hissəsinin müsəlman olduğunu qeyd edən Komitə sədri ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini bildirib. Diqqətə çatdırıb ki, ölkəmizdə dini konfessiya nümayəndələrinin hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, tarixi yaddaşını qoruyub-saxlamaq imkanına malikdir. Dini konfessiyaların fəaliyyəti barədə geniş məlumat verən M.Qurbanlı ölkəmizdə dövlət tərəfindən bütün dini qurumlara, o cümlədən qeyri-islam icmalarına mütəmadi maliyyə yardımı edildiyini vurğulayıb.

Dövlət Komitəsinin sədri jurnalistlərin ölkəmizin nümunəvi dini tolerantlıq modeli, beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanan vəhdət namazı və radikalizmin qarşısının alınması istiqamətində görülən işlər barədə suallarını cavablandırıb.

Səmimi görüşə görə təşəkkürlərini bildirən jurnalistlər ölkəmizə səfərləri müddətində Azərbaycanın dinamik inkişafının, yüksək səviyyəli multikultural mühitin mövcudluğunun şahidi olduqlarını deyiblər.

Görüşün sonunda qonaqlara DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.

Qeyd edək ki, görüşdə Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella da iştirak edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM