23 Iyul 2019 22:35
607
DÜNYA
A- A+

Ermənistan ordusunda daha bir rüsvayçı fakt qeydə alınıb


Ermənistan ordusunda daha bir rüsvayçı fakt qeydə alınıb.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bir müddət əvvəl İrəvanın Açapnyak rayonundan orduya çağırılan Narek S. adlı 19 yaşlı gənc qanuni məzuniyyətindən sonra hərbi hissəyə qayıtmaqdan imtina edib. Valideynləri ilə danışan Narek orduya geri qayıdacağı halda intihar edəcəyini bildirib.

"Əvvəllər o, 80 kiloqram idi. Biz onu görəndə gözlərimizə inanmadıq. O, o qədər arıqlamışdı ki, cəmi 55 kiloqram çəkisi vardı. Narek niyə orduya qayıtmaq istəmədiyini açıqlamır. O, yalnız öləcəyini, amma xidmət etməyəcəyini deyir”, – deyə əsgərin valideynləri bildiriblər.

Hadisə Ermənistanda əsgər fərariliyini bir daha gündəmə gətirib. İddialara görə, əsgərlərə qarşı qeyri-insani hərəkətlər, eyni zamanda, onların azuqəsiz qalması, müxtəlif, o cümlədən cinsi istismara məruz qoyulmaları düşmən ordusunda geniş yayılıb.

Hüquq-mühafizə orqanlarına müraciət edən valideynlərin çağırışı əsasında əsgər Muraçan hərbi hospitalına yerləşdirilib. Buraya isə hərbi polisin əməkdaşları gəlib və onu Kanaz hərbi hospitalına köçürüblər.

Qeyd edək ki, dünən, həmçinin Ermənistan ordusunun hərbi hissələrindən birində Amik Vardanyan adlı erməni əsgərin cəsədi tapılıb. 2000-ci il təvəllüdlü əsgərin ölüm səbəbi bəlli deyil. Amikin ailənin tək övladı olduğu bildirilib. Hərbçinin ölümü ilə bağlı intihar səviyyəsinə çatdırmaq maddəsi ilə cinayət işi açılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video