Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qadın güləşçimiz “EYOF Bakı 2019”un bürünc medalını qazanıb
Qadın güləşçimiz “EYOF Bakı 2019”un bürünc medalını qazanıb
ANA SƏHİFƏ / İDMAN
22:25 23.07.2019
Azərbaycanın qadın güləşçisi Nigar Mirzəzadə XV Avropa Gənclər Olimpiya Festivalının bürünc medalına sahib olub.
AZƏRTAC xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz polşalı Zofia Polovçiki 7:6 hesabı ilə məğlub edərək üçüncü yeri tutub.
Digər bürünc medalı rusiyalı Aleksandra Prokina aktivinə yazdırıb.
Bu çəki dərəcəsində çempion türkiyəli Nesrin Başı son saniyədə qazandığı xalla 7:6 məğlub edən belaruslu Yana Tretsiak olub.