Alternative content

00:34 17 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bitki yağları insan orqanizmində yüksək kaloriliyi təmin edir
Bitki yağları insan orqanizmində yüksək kaloriliyi təmin edir
ANA SƏHİFƏ / Səhiyyə
15:35 23.07.2019
Bitki yağları xörək və salatların əvəzolunmaz qidalarından sayılır. Onların keyfiyyəti kimyəvi tərkibinə və zərərsizlik göstəricilərinə görə qiymətləndirilir.

Bitki mənşəli yağların insan orqanizmi üçün faydalarını saymaqla bitməz. Təsadüfi deyil ki, mütəxəssislər gündəlik rasionda yeməklərdə və salatlarda bitki yağlarından istifadə etməyi məsləhət görürlər.

Diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: "Şəkərlər və karbohidratlarla yanaşı yağlar orqanizmin enerji mənbəyi rolunda çıxış edir. Hətta şəkər, karbohidrat və zülallardan fərqli olaraq yağlar insan orqanizmində daha yüksək kaloriliyi təmin edir. Mədə şirəsinin təsirindən bitki mənşəli yağlar daha asanlıqla parçalanır və maddələr mübadiləsinə daxil olur”.

İmmun sisteminin güclənməsində mühüm rol oynayan bitki yağlarının uzun müddət ağzı açıq qabda saxlanılması onları istifadəyə yararsız edir. Onların mövcud qaydalara uyğun saxlanılması da keyfiyyətə təsir edən əsas amillərdəndir. Bütün qida məhsulları kimi yağlar da + 18 dərəcə C temperatur həddində saxlanıla bilər.

İstənilən ərzaq məhsulunu istifadə edərkən gigiyenik qaydalara əməl etmək lazımdır, çünki təmizlik sağlam qidalanmanın əsas şərtlərindən biridir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM