Alternative content

23:04 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İmran Xan: Pakistanın nüvə silahı etibarlı mühafizə altındadır
İmran Xan: Pakistanın nüvə silahı etibarlı mühafizə altındadır
ANA SƏHİFƏ / DÜNYA
15:33 23.07.2019
ABŞ-da rəsmi səfərdə olan Pakistanın Baş Naziri İmran Xan FoxNews telekanalının "Qlobal siyasət” proqramının aparıcısı Bret Bayerə müsahibəsində bildirib ki, Qərbin Pakistanın nüvə silahının terrorçuların əlinə keçə biləcəyi ilə bağlı narahatlığının heç bir əsası yoxdur. O əlavə edib: "Pakistan regionda ən güclü orduya sahibdir və onun nüvə silahı da etibarlı mühafizə olunur. Heç bir narahatlığa əsas görmürəm”.

AZƏRTAC DawnNews telekanalının saytına istinadla xəbər verir ki, Baş Nazir Hindistanla münaqişə və Əfqanıstandakı vəziyyətə də toxunub. Jurnalistin Hindistanla Pakistan arasında nüvə müharibəsi ehtimalına dair sualını cavablandıran İmran Xan deyib ki, bu variant qətiyyən mümkün deyil. "Sizin sualınızda olduğu kimi, əgər Hindistan nüvə silahından imtina edərsə, biz də eyni addımı atacağıq. Çünki bu silahdan istifadə etmək özü-özünü məhv etmək deməkdir”, - deyə o vurğulayıb. Baş nazir əlavə edib ki, bir neçə ay əvvəl müharibə həddinə gəlib çatmış iki ölkə arasında sülhə nail olunmasında Vaşinqtonun vasitəçilik missiyasını yüksək qiymətləndirir. Onun sözlərinə gör, 1,3 milyard insanın yaşadığı regionda müharibə böyük fəlakətlərlə nəticələnə bilər.

İranla Qərb arasında münaqişəyə də toxunan İmran Xan bildirib ki, bu ölkə Pakistanın yaxın qonşusudur və İslamabad bütün bu ziddiyyətlərin diplomatik yolla həllinin tərəfdarıdır. Onun sözlərinə görə, gərginliyin artması təkcə Pakistana zərər vurmur, eyni zamanda, neftin qiymətləri artır, ərəb ölkələri də bu münaqişədə ciddi fəsadlarla qarşılaşır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM