Alternative content

01:22 10 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:22 10.12.2019 Əbədiyaşar ömür
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başa çatıb
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başa çatıb
ANA SƏHİFƏ / Təhsil
02:07 23.07.2019


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Böyük Britaniyada fəaliyyət göstərən Gənclər Arasında Ümumi Söz (ACWAY) beynəlxalq təşkilatı və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə işə başlayan "Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin başa çatması ilə bağlı iyulun 21-də tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, BBMM-in icraçı direktoru Rəvan Həsənov tədbirdəki çıxışında Yay məktəbi barədə məlumat verib. Bildirib ki, BBMM yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr reallaşdırır. Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Qış və Yay məktəbləridir.

R.Həsənov deyib ki, Yay məktəbi Bakı şəhəri ilə yanaşı, bölgələrdə də fəaliyyət göstərib. İştirakçılar yerli əhali, dini icmalar və din xadimləri ilə görüşüb, tarixi abidələrlə tanış olublar.

Qeyd edilib ki, Yay və Qış məktəbləri layihəsi BBMM-in "Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 21, Azərbaycanın isə 39 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan Yay və Qış məktəblərinin məqsədi həmin gənclərin nəzəri biliklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov isə bildirib ki, multikulturalizm cəmiyyətdə mövcud olan etnik, dini, irqi, mədəni müxtəlifliklər arasında əlaqələrin tənzimlənməsində mühüm rol oynayır.

Bildirilib ki, Azərbaycan multikulturalizmi dövlət siyasətinin tərkib hissəsi elan edən çox az ölkələrdən biridir. Azərbaycan bu sahədə böyük uğur qazanıb. Azərbaycanda dini azadlıq tam təmin olunub. Ölkəmizin əhalisinin 90 faizindən çoxu müsəlman olsa da, burada müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar. Dövlət bütün dinlərə lazımi yardımlar, o cümlədən maliyyə yardımı göstərir.

Qeyd edilib ki, IX Beynəlxalq Multikulturalizm Yay Məktəbində 38 ölkənin - Azərbaycan, Madaqaskar, Mərakeş, ABŞ, Keniya, Çex Respublikası, Almaniya, Meksika, İngiltərə, Kanada, Hindistan, Avstriya, Yaponiya, Polşa, Rusiya, Efiopiya, Braziliya, Macarıstan, Türkiyə, Pakistan, Ruanda, Sudan, Myanma, Əlcəzair, Kamboca, Zambiya, Kamerun, Argentina, İndoneziya, İsveç, Estoniya, Portuqaliya, Xorvatiya, Qazaxıstan, Rumıniya, Ukrayna, İran və Avstraliya kimi ölkələrin aparıcı universitetlərindən 110 tələbə iştirak edib. Yay məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhvali-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim edilib.

Digər çıxış edənlər bildiriblər ki, artıq ənənəyə çevrilmiş Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.

Tədbirdə Yay məktəbi iştirakçılarının Prezident İlham Əliyevə müraciəti oxunub.

Sonda Yay məktəbinin iştirakçılarına sertifikatlar təqdim edilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM