Alternative content

01:52 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Davamlı inkişaf haqqında hesabat” təqdim olundu
“Davamlı inkişaf haqqında hesabat” təqdim olundu
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:06 23.07.2019


Bir daha ötən ilin mühüm hadisələri barədə


2018-ci il Azərbaycanın neft-qaz sahəsində böyük uğurlar əldə etdiyi illərdən olub. Təkcə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsinin başa çatdığını, "Şahdəniz-2”dən hasilatın əldə olunduğunu qeyd etmək kifayətdir. Sözügedən ilk iki mühüm seqmentin hazır olması keçən il mayın 29-da Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin açılış mərasiminin keçirilməsinə imkan verdi.

Bu və digər əhəmiyyətli hadisələr haqqında ətraflı məlumat BP Azərbaycan şirkətinin nəşr etdiyi 2018-ci ilə aid "Davamlı inkişaf haqqında hesabat”ında geniş əksini tapıb. Hesabat neft-qaz mövzusunda yazan jurnalistlərə təqdim olunub.

Xatırladaq ki, belə hesabatı Azərbaycanda ən böyük neft-qaz və ixrac layihələrinin əməliyyatçısı olan şirkət 2003-cü ildən buraxır. Jurnal şəklində nəşr edilmiş növbəti hesabatda 2018-ci təqvim ili ərzində qazanılmış istehsalat göstəriciləri, ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlər və digər fəaliyyət sahələri əhatə olunub.

Beləliklə, bir daha ötən ilin ən mühüm hadisələri haqqında:

Apreldə BP və SOCAR Şimali Abşeron hövzəsində D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üçün yeni Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzaladılar. Saziş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş Naziri Tereza Meyin iştirakı ilə London şəhərində imzalandı.

Mayda "Şahdəniz-2” və CQBK-nın genişləndirilməsi layihələri istismar mərhələsinə daxil oldu.

İyunda "Şahdəniz-2” layihəsi çərçivəsində Türkiyəyə plana uyğun şəkildə ilk kommersiya məqsədli daşımalar başlandı.

İyulda "Şahdəniz Bravo” platformasından ilk qaz əldə olundu.

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri 255 milyon barelə yaxın (təxminən 34 milyon ton) xam neft nəql etdi. Bu neft Türkiyənin Ceyhan limanında 327 tankerə yükləndi.

"Azəri-Çıraq-Günəşli” yataqlarından 1997-ci ilin axırlarında başlanan neft hasilatı 2018-ci ilin sonunda 3,5 milyard barelə çatdı.

İlin sonunda eləcə də "Şahdəniz” yatağından 100 milyardıncı kubmetr qazın əldə olunduğu qeyd edildi. Bu, "Şahdəniz”in birinci mərhələsinin işə düşdüyü 2006-cı ildən sonrakı 12 il ərzində çıxarılmış qaz həcmi idi.

Topludakı "Əməliyyatlarımız”, "Əməkdaşlarımız”, "Əməyin təhlükəsizliyi”, "Ətraf mühit”, "Cəmiyyət”, "Beşillik icra göstəriciləri” bölmələrində bir sıra digər önəmli fakt və rəqəmlər də diqqətə çatdırılıb. Məsələn, göstərilib ki, ilin sonunda BP-nin Azərbaycanda işə götürdüyü əməkdaşların sayı 2714 nəfərə çatıb. Bunların 2458-i Azərbaycan vətəndaşıdır. Hazırda dənizdəki əməliyyatlara 9 qazma qurğusu (onlardan 2-si səyyardır) cəlb edilib. Şirkət ölkəmizdə əməliyyatlara başlayandan bəri icma inkişafı, təhsil təşəbbüsləri də daxil olmaqla sosial proqramların həyata keçirilməsinə 82 milyon dollar vəsait xərcləyib və s.

Qeyd edək ki, sözügedən toplu BP Azərbaycanın sayca 16-cı hesabatıdır. Toplu hazırlanarkən əvvəlki hesabatlar barədə daxil olan rəylər də nəzərə alınıb.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM