Alternative content

01:11 10 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:22 10.12.2019 Əbədiyaşar ömür
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Atletlər kəndində “Olimpiya mədəniyyəti və təhsil proqramı” pavilyonunun açılışı olub
Atletlər kəndində “Olimpiya mədəniyyəti və təhsil proqramı” pavilyonunun açılışı olub
ANA SƏHİFƏ / İDMAN
02:03 23.07.2019


Azərbaycan Milli Olimpiya Komitəsi, Təhsil, Gənclər və İdman nazirlikləri, "Bakı 2019” Əməliyyat Komitəsinin dəstəyi ilə "Olimpiya mədəniyyəti və təhsil proqramı”nın iyulun 22-də Atletlər kəndində pavilyonunun açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, pavilyonda Atletlər kəndində məskunlaşan idmançılara, rəsmi nümayəndələrə və qonaqlara proqram vasitəsilə Bakıdan seçilmiş 49 təhsil müəssisəsinin nümayəndələri tərəfindən Avropa ölkələrinin mədəniyyəti, incəsənəti, tarixi və idmanı barədə məlumat təqdim edilir. Pavilyonun qarşıya qoyduğu digər məqsəd gənc idmançılar arasında Olimpiya dəyərləri, mədəniyyətlərarası əlaqə, sülh və dostluğu təşviq etməkdir.

Mərasimdə Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Ceyhun Bayramov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, MOK baş katibinin müavini Azər Əliyev, üzv ölkələrin Milli Olimpiya komitələrinin rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, müxtəlif ölkələrdən olan qonaqlar iştirak ediblər.

Çingiz Hüseynzadə tədbirdə çıxış edərək dostluğu, qarşılıqlı hörməti, sülhü və mükəmməlliyi özündə ehtiva edən Olimpiya hərəkatının Avropa Gənclər Olimpiya Festivalında təşəkkül tapdığını bildirib. O deyib ki, idmançılar və məktəblilər Olimpiya dəyərlərinin təbliğində əsas aspektləri təşkil edirlər.

Gənclər və İdman naziri Azad Rəhimov "Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının nəinki Azərbaycanda, Avropanın bütün ölkələrində bədən tərbiyəsi və idmanın inkişafı baxımından töhfəsini yüksək qiymətləndirib. "Biz Avropa Gənclər Olimpiya Festivalı və "Olimpiya mədəniyyəti və təhsil proqramı” vasitəsilə mümkün qədər daha çox uşağın idmana maraq göstərməsini və sağlam həyat tərzi sürməsini istəyirik”, - deyə nazir əlavə edib.

Təhsil naziri Ceyhun Bayramov məktəblərin və şagirdlərin bu proqramdakı rolundan danışıb. Bildirib ki, belə layihələr məktəblilərdə sağlam həyat tərzinin formalaşmasında, idmanın kütləviliyinin təmin olunmasında, ölkələr və mədəniyyətlərarası dostluğun inkişafında və istedadlı gənclərin üzə çıxarılmasında misilsiz rol oynayır. Nazir Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi ilə Təhsil Nazirliyinin daha bir uğurlu və tarixi layihəyə imza atdıqlarını vurğulayıb.

Çıxışlardan sonra tədbir iştirakçıları pavilyonla tanış olublar.

Sonda məktəblilərin hazırladıqları bədii hissə təqdim edilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM