Alternative content

01:42 16 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yayın həm səfası, həm cəfası
Yayın həm səfası, həm cəfası
ANA SƏHİFƏ / Səhiyyə
01:49 23.07.2019


Yayı kondisionersiz təsəvvür etmək mümkün deyil. Demək olar ki, bütün evlərdə, iş yerlərində, avtomobillərdə müasir dünyanın vazkeçilməzi olan bu cihazdan istifadə edilir. Ancaq kondisionerdən düzgün istifadə edilmədikdə, o, ciddi fəsadlara səbəb ola bilər.

Belə ki, kondisioner yuxarı tənəffüs yollarında, ağciyərlərdə bir sıra ağır fəsadlara, hətta sətəlcəmə yol aça, eyni zamanda təmizlənməyən, nasaz işləyən kondisionerlər allergik soyuqdəymə, astma kimi xəstəliklər də yarada bilər.

Kondisionerdən istifadə edərkən onu gündüz 24, gecələr isə 26 dərəcədə qoymaqla xəstəlik riskini azaltmaq olar. Bundan başqa, kondisionerin zərərli təsirlərini minimuma endirmək üçün onu işlədərkən arabir pəncərəni açaraq otağın havasını dəyişmək lazımdır. Avtomobildə də kondisionerdən düzgün istifadə edilməlidir, əks halda tənəffüs yolları xəstəliklərindən bronxit, sinusit və sətəlcəm, həmçinin göz və beyin iltihabı, badamcıq iltihabı, bəzi əzələ xəstəliklərinə yol aça bilər. Buna görə avtomobildə kondisionerdən istifadə zamanı üz və sinə bölgəsinə sərin havanın birbaşa gəlməsinin qarşısı alınmalı, kondisioner ön şüşəyə doğru yönləndirilməlidir.


Allergiyası olanlar kondisionerdən uzaq durmalıdırlar


Bu cihazın zərəri ilə bağlı həkim, pediatr Vaqif Qarayev bildirir ki, kondisioner işləyən otaqda havada ventilyasiya olmur: "Kondisionerin filtrləri həmin otaqda olan tozu, mikrobu özünə yığır. Amma ventilyasiya olmadığından müəyyən müddətdən sonra həmin xəstəlik törədiciləri yenidən havaya qarışır. Bu baxımdan bir çox kondisionerlər sərinlətməklə yanaşı xəstəliyə də səbəb olur. Ona görə hər bir kondisioner modelinin filtrinə qulluq qaydasına əməl edilməlidir. Bəzən illərlə bu filtrlər təmizlənmir. Açıb baxdıqda orada barmaq qalınlığında tozun yığıldığını görərik. Ona görə də kondisioner yalnız soyuqdəymə deyil, eyni zamanda allergik xəstəliklər də yaradır. Allergik problemi olan insanlar kondisionerdən uzaq durmalıdırlar”.


Kondisioner işləyən otaqda oksigenlə yanaşı karbon qazı da yaranır


Həkim qeyd edir ki, saatlarla kondisioner işlətmək də düzgün deyil. Onu söndürdükdən sonra mütləq qapı, pəncərəni açıb otaqda ventilyasiya yaratmaq lazımdır. Çünki kondisioner işləyən otaqda oksigenlə yanaşı karbon qazı da yaranır ki, bu da insan orqanizmi üçün ziyanlıdır. Həmçinin kondisioner otaqdakı havanı qurudur: "Onu elə tənzimləmək lazımdır ki, hava daha çox tavana istiqamətlənsin. Çünki birbaşa kondisionerdən gələn soyuq havanın altında oturduqda, uzandıqda mütləq əzələ-oynaq ağrıları yaradır, allergik problemləri, yaşlı insanlarda isə xroniki xəstəlikləri kəskinləşdirir. Bu problemləri olmayanlar da soyuq hava şırnağının altında saatlarla otursa, mütləq boyun və kürək nahiyəsində ağrılar hiss edir. Kondisionerin altında yatmaq isə yolverilməzdir. Çünki yuxu zamanı orqanizmin fəaliyyəti zəifləyir, müqaviməti aşağı düşür. Kondisioner işləyən otaqda sintetik olmayan təbii parçalardan, xüsusən də boyun və kürək nahiyəsini qapayan paltar geyinmək lazımdır. Bu mütləqdir. Belə olanda soyuq hava ilə dəri arasında yaranan boşluq soyuğun birbaşa təsirinin qarşısını alır”.


Körpə olan otaqda kondisioner işlətmək olmaz


V.Qarayev bildirir ki, bir yaşadək uşaqlar olan otaqda kondisioner işlətmək qətiyyən olmaz: "Böyüklərin orqanizmi yuxarıda sadaladıqlarıma nisbətən dözür, amma uşaq orqanizmi dözə bilmir. Yay aylarında təmiz havanın uşaq orqanizmi üçün böyük əhəmiyyəti var. Onu uzun müddət qapalı məkanlarda, kondisioner altında saxlamaq düzgün deyil. Uşaq, eyni zamanda böyüklər də bayırdan gəlib birbaşa kondisionerin soyutduğu məkana girəndə orqanizm temperatur fərqinə mənfi reaksiya verir. Əgər bayırdan gəlmisinizsə, kondisioneri bir müddətlik söndürmək lazımdır. Bədən kondisionersiz rejimə öyrəşəndən sonra otağı soyutmaq olar. Burada da temperatur rejimini düzgün tənzimləmək lazımdır. Hazırda bir çox insan əzələ, boyun, baş ağrılarından, burun tutulmasından şikayət edir. Bu hallar kimdə varsa, demək ki, o, kondisionerdən düzgün istifadə etmir”.


Kondisionerə də qulluq lazımdır


Kondisionerdə havada olan toz, tükcüklər və s. ziyanlı hissəcikləri tutmaq üçün xüsusi filtrlər var. Bu filtrlər həm kondisioneri, həm də nəfəs yollarımızı ziyanlı maddələrdən qoruyur. Lakin filtrlər çox çirkləndikdə artıq onlar özləri təhlükə mənbəyinə çevrilir. Filtrlərə yapışmış ziyanlı maddələr yenidən havaya buraxılır, oradan isə ağ ciyərlərə düşür. Çirklənmiş filtrlər və kondisionerin içində olan nəm mühit müxtəlif ziyanlı mikrobların sürətlə çoxalması üçün əlverişli şərait yaradır.

Kondisionerin filtrləri çirkləndikcə mütləq təmizləmək lazımdır. Bunu etmək isə çox asandır. Kondisionerin qapağını açın, filtrləri ehtiyatla çıxardın, tozsoranlayın və ya yumşaq şotka ilə təmizləyin, sonra soyuq sabunlu suda ehtiyatla yuyub axar suyun altında yaxşı yaxalayın. Filtrlər açıq havada qurumalıdır. Tam quruyandan sonra filtri yerinə taxın.

Filtrlərdən əlavə kondisionerin özü də ildə 2 dəfə mütləq təmizlənməlidir. Bunun üçün də mütəxəssislərə müraciət etmək lazımdır.

Yuxarıda sadalanan bütün bu nüanslara diqqət etməklə həm sağlamlığınızı qoruya, həm də kondisionerin ömrünü uzada bilərsiniz.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM