Alternative content

20:25 21 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İş saatlarını oturaq vəziyyətdə keçirənlərin diqqətinə
İş saatlarını oturaq vəziyyətdə keçirənlərin diqqətinə
ANA SƏHİFƏ / Səhiyyə
01:48 23.07.2019


İş saatlarını bütünlüklə oturaq vəziyyətdə keçirən insanlar hərəkətli insanlara nisbətən orta hesabla 10 il tez qocalırlar.

Bununla bağlı tədqiqatçılar onu da sübut ediblər ki, davamlı oturaq həyat tərzi artıq çəkiyə və maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. Hərəkətsiz həyat tərzi orqanizmin müxtəlif sistemlərində pozulmalara səbəb olur. Bəzi orqanlar isə xəstəliklərə daha çox meyillənir.

Mütəmadi oturaq vəziyyət onurğa arteriyalarında durğunluğa və beynin qan təchizatının pozulmasına gətirib çıxarır. Nəticədə baş ağrıları yaranır, yaddaş pozulur, yorğunluq və təzyiq artır, habelə ürək ağrıları və ürək ritminin pozulması artır.

Belə problemlərdən uzaq olmaq üçün oturduğunuz vəziyyəti tez-tez dəyişin. Əgər gərginlik hiss edirsinizsə, stulda hərəkət edin, dartının, qollarınızı tərpədin, yəni qan dövranını fəallaşdırın.

Kompüterlər və kondisioner olan otaqda "ofis” sindromu yarana bilər. Onun ilk əlamətləri gözlərin qızarması, quruması, gözdə qum hiss etmək əlamətləridir. Bu sindromun qarşısını almaq üçün hər 45 dəqiqədən bir gözlərinizə 10 dəqiqə fasilə verin. Bu zaman pəncərədən səmaya, uzaqlara baxmağa, göz idmanı etməyə çalışın.

Oturaq həyat nəticəsində damarların varikoz genişlənməsinə tutulmaq olar. Varikoz genişlənməyə ayağı ayaq üstünə aşırmış vəziyyətdə oturmaq şərait yaradır. Nəticədə varikoz şiddətlənərək tromboza çevrilir, bədənin müxtəlif orqanları - ürək, ağ ciyər və beyin sıradan çıxır, son nəticədə insult, yaxud qəfil ölüm baş verir. Odur ki, işinizə tez-tez fasilə verib gəzməyə çalışın.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM