Yayın sulu və ləzzətli meyvəsi olan şaftalı vitamin, minerallar, orqanik turşular, efir yağları, qidalı liflər və digər faydalı maddələrlə zəngindir.
Zəngin kimyəvi tərkibli bu dadlı meyvə insan sağlamlığı üçün olduqca faydalıdır.
Şaftalının tərkibində olan sərbəst radikallar günəş işığından orqanizmə dəyən zərərləri aradan qaldırır, bədənimizdə baş verən fərqli xəstəliklərə qarşı durur.
Tərkibindəki C vitamininə görə insan həyatı üçün vacib meyvələrdən sayılır. O, travma zamanı toxumalarda meydana çıxan zədələrin sürətlə sağalmasına yardım edir. Şaftalının tərkibindəki turşular infeksiyalara qarşı təsirini artırır.
A vitamini ilə zəngin şaftalı sümüklərin möhkəmlənməsinə yardım edir və sümük xəstəliklərinin artması riskini azaldır. Çoxlu şaftalı yemək yaşlanmanın qarşısını alır.
Şaftalı həmçinin arıqlamaq istəyənlər üçün mükəmməl qida vasitəsidir. Çünki kalori dəyəri aşağı olmaqla yanaşı, insanda toxluq hissi yaradır.
Meyvənin şirəsinin tərkibində də A, C, B3 vitaminləri, betakartoten, fol turşusu boldur. Saftalı şirəsi qanı təmizləmək qabiliyyətinə malikdir. O, damarlarda spazmların baş verməsinin qarşısını alır, qanın yaxşı işləməsinə yardım edir.