Alternative content

11:36 08 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
02:14 08.12.2019 Hamı razılıq edir
02:13 08.12.2019 48 ailənin sevinci
02:09 08.12.2019 İlk qiblə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Festivalın ikinci günündə güləşçilərimiz iki qızıl, üç gümüş və bir bürünc medal qazanıblar
Festivalın ikinci günündə güləşçilərimiz iki qızıl, üç gümüş və bir bürünc medal qazanıblar
ANA SƏHİFƏ / İDMAN
23:38 22.07.2019

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) güləş yarışlarında 11 çəki dərəcəsində qaliblər müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, yarışın birinci günündə 4, ikinci günündə isə 7 çəki dərəcəsində medalların sahibləri bəlli olub.

Festivalın birinci günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan güləşçilərimizin yarışların ikinci günündə 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

İyulun 21-də yunan-Roma güləşçilərimizdən Murad Sadıqlı (45 kq) qızıl, Nihad Məmmədli (55 kq) bürünc medallara sahib olublar. Sərbəst güləşçilərimizdən Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) gümüş medallar qazanıblar.

"EYOF Bakı 2019”da Azərbaycanın aktivinə üçüncü qızıl medalı yunan-Roma güləşçimiz Qurban Qurbanov (48 kq) yazdırıb. O, qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Xviça Abuladzeni məğlub edib.

Daha bir yunan-Roma güləşçimiz Həsrət Cəfərov (60 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Güləşçimiz finalda rusiyalı Maqomed Gigiyevi məğlub edərək festivalın qalibi olub.

Sərbəst güləşçimiz Sabir Cəfərov (60 kq) finalda Rusiya təmsilçisi Fyodor Baltuevə uduzaraq gümüş medala sahib olub.

Daha bir sərbəst güləşçimiz Mircavad Nəbiyev (48 kq) üçüncü yer uğrunda görüşdə isveçrəli Tomas Fişheri böyük hesabla məğlub edərək bürünc medala layiq görülüb.

Qadın güləşçilərin mübarizəsində Gültəkin Şirinova (46 kq) finalda rumıniyalı Georgiana-Lavinia Antukaya uduzaraq gümüş medalla kifayətlənməli olub.

Millimizin üzvü Mərziyə Sadıqova (61 kq) da gümüş medala sahib olub. Təmsilçimiz həlledici qarşılaşmada İtaliya idmançısı Aurora Russo ilə görüşdən məğlub ayrılıb.

Güləş yarışlarına iyulun 23-də yekun vurulacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM