22 Iyul 2019 17:25
577
SİYASƏT
A- A+

Bakıda "Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası" mövzusunda konfrans keçirilib


İyulun 22-də Bakıda "Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın moderatoru Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan-Çin münasibətlərindən bəhs edib. O qeyd edib ki, ölkələrarası münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin Çinə

səfərlərini xatırladan M.Qurbanlı bildirib ki, hər iki dövlət arasında iqtisadi, siyasi sahələrdə əməkdaşlıq davam edir. Azərbaycan və Çin "Bir kəmər, bir yol" layihəsində əməkdaşlıq edirlər. Çin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Ölkələrimizin parlamentləri arasında da əməkdaşlıq mövcuddur.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Sun Tao bildirib ki, ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlər mövcuddur. Bu da xalqlarımız arasında əlaqələrin inkişafına müsbət təsir göstərir. Azərbaycanın və Çinin hakim partiyaları arasında da yaxşı əlaqələr var.

Sun Tao Çinin inkişafı barədə məlumat verib. Çində maşınqayırma və digər sənaye sahələri inkişaf edib. Ötən 70 il ərazində Çin beynəlxalq aləmdə böyük nüfuza malik ölkəyə çevrilib. Rəsmi Pekin dünyada sülhü və sabitliyi dəstəkləyir. Çin sosialyönümlü siyasəti reallaşdıraraq kapitalını dünya miqyasında gücləndirməkdə maraqlıdır. Çin hökuməti hər bir islahatı reallaşdırarkən əhalinin problemlərinə xüsusi diqqət yetirir.

Çin rəsmisi ölkəsinin xarici siyasətindən də danışıb. O bildirib ki, Çin terrorçuluğa qarşıdır, dünyada sabit və mükəmməl bir gələcəyin bərqərar olmasını istəyir.

Sun Tao, həmçinin Azərbaycanda gedən inkişaf proseslərinin təqdirəlayiq olduğunu vurğulayıb. O, ölkəsinin Azərbaycanla əməkdaşlığından məmnun olduğunu deyib.

Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu son dövrlər inkişaf edən Azərbaycan-Çin münasibətlərindən danışıb. O bildirib ki, hər iki ölkə "Bir kəmər, bir yol" layihəsində əməkdaşlıq edir. Bu layihə sayəsində Şərq və Qərb arasında böyük ticarət dəhlizi mövcud olacaq. Artıq bu meqalayihənin reallaşması üçün Azərbaycanda Bakı Tbilisi-Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli resurslar mövcuddur. Bu nəqliyyat dəhlizi vasitəsilə Çin malları təklüləsizlik şəraitində Avropaya daşınacaq.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı qeyd edib ki, Azərbaycan Çində 40 il əvvəl başlanan və bu gün müsbət nəticələr verən islahatları diqqətlə izləyir. Reallaşan islahatlar təkcə Çinin deyil, bütün dünyanın iqtisadiyyatına müsbət təsir edir.

YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, hazırda Azərbaycanın Çinlə ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. Ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün potensial böyükdür və bu potensialın reallaşdırılması istiqamətində Azərbaycan tərəfindən ardıcıl tədbirlər görülür. Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəsi fəaliyyət göstərir. Azərbaycan şirkətlərinin Çində təşkil olunan beynəlxalq sərgilərdə fəal iştirakı və digər tədbirlər ticarət-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video