Alternative content

17:18 19 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsil avtobusu 2 min kilometrdən çox məsafə qət edəcək
Təhsil avtobusu 2 min kilometrdən çox məsafə qət edəcək
ANA SƏHİFƏ / Təhsil
16:14 22.07.2019

"Təhsil avtobusu – Nəsimi” yay məktəbinin məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına şərait yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin biliyinin, dünyagörüşünün artırılması və Nəsimi yaradıcılığının tanıdılmasıdır.

AZƏRTAC xəbər verir ki, bu fikri təhsil nazirinin müavini Firudin Qurbanov iyulun 22-də Təhsil Nazirliyində Nəsimi ilinə həsr olunan "Təhsil avtobusu – Nəsimi” yay məktəbi ilə bağlı mətbuat konfransında söyləyib.

Nazir müavini layihənin ölkənin 5 bölgəsindəki ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan 6-9-cu sinif şagirdlərinin şəxsi inkişafına, dünyagörüşünün formalaşmasına, onların dərslərə marağının artmasına şərait yaradacağını vurğulayıb.

Qeyd olunub ki, iyulun 23-dən 29-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsində yaşayan şagirdlər peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcəklər.

"Təhsil avtobusu – Nəsimi” Bakı şəhərindən yola düşərək Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edəcək. Layihənin bağlanış mərasimi İmadəddin Nəsiminin doğulduğu Şamaxı şəhərində keçiriləcək.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanlar yaradılmasına xidmət edən təhsil proqramıdır.

"Təhsil avtobusu – Nəsimi” yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi və "Kapital Bank”ın əsas dəstəyi, "Bakcell”, "Paşa Həyat Sığorta” və "Optimal” şirkətlərinin dəstəyi, "Vitam Reklam”, "Şərq-Qərb” ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, "Asmart” yaradıcılıq mərkəzi, "Bir” tələbə-könüllü proqramı, "BD Kids”, "Code Tusi” şirkəti, "SABAH” qrupları, "SABAH” Futbol Klubu, "Şəhanə” onlayn mağazasının tərəfdaşlığı ilə keçiriləcək.

Layihənin informasiya dəstəkçiləri sırasında AZƏRTAC da var.

"Təhsil avtobusu” yay məktəbi "Azərbaycan üçün öyrət” Milli Təhsil Proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. 2016-cı ildən start götürən "Təhsil avtobusu” yay məktəbi çərçivəsində 6 min km yol qət edilib, Bakı və 12 bölgənin (Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı, Zaqatala, Şəmkir, Qəbələ) 29 şəhər və 31 kənd-qəsəbə məktəbinin, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 550-dən çox şagird və tələbəsi cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 200 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM