Alternative content

17:16 19 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “EYOF Bakı 2019”un birinci günündə medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir
“EYOF Bakı 2019”un birinci günündə medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir
ANA SƏHİFƏ / İDMAN
22:16 21.07.2019


İyulun 21-də - "EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının birinci gününün yekununda medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir.

AZƏRTAC xəbər verir ki, komandamız mötəbər idman yarışının birinci günündə dörd medal qazanıb. Medallardan 2-si qızıl, 1-i gümüş, 1-i isə bürüncdür. Yunan-Roma güləşçilərimizdən Murad Sadıqlı (45 kq) qızıl, Nihad Məmmədli (55 kq) bürünc medala sahib olublar. Sərbəst güləşçilərimizdən isə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) gümüş medala layiq görülüblər.

Medal siyahısında ikinci yerdə Belarus, üçüncü pillədə İtaliya millisi qərarlaşıb. Bu yığmaların hər birinin hesabında 1 qızıl medal var. Gürcüstan (2 gümüş), Türkiyə komandası (1 gümüş), Rusiya (4 bürünc) isə 4-5-6-cı yerlərdə qərarlaşıblar. Hesabında 1 bürünc medal olan Latviya və Macarıstan 7-ci və 8-ci yerləri bölüşürlər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM