Alternative content

19:51 10 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
16:52 10.12.2019 Tarixin ən isti onilliyi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Xocalının səsi” susmur
“Xocalının səsi” susmur
ANA SƏHİFƏ / SİYASƏT
00:31 21.07.2019


Bu qəzet xocalılıların harayının, arzu və istəklərinin ifadəsidir


"...Xocalı müsibətləri bəşər tarixində törədilmiş ən ağır soyqırımlarından biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı quldur birləşmələri SSRİ dövründən Xankəndidə yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tamam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər Ağdama çatmaq ümidilə ev-eşiyini tərk etdi. Amma onlardan 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu...”

İlk sayı Xocalıda 28 il bundan öncə işıq üzü görən "Xocalının səsi” qəzetində belə ürək dağlayan sətirlər az deyil.


Viran olan gülüstanın "qəm dastanı”


Xocalı müsibətlərindən "salamat” çıxanların sonrakı taleyinin tarixini yaddaşlara yazmaq, xocalılıların səsini, harayını dünyaya yaymaq üçün əli qələm tutanlar "qəm dastanı” yazmağa başladılar. 9 iyul 1991-ci il tarixdən fəaliyyətə başlayan "Xocalının səsi” qəzeti də öz səhifələrində bu ağır dərdə sinə açdı, dövlətçiliyimiz üçün çətin sınaqların başladığı dövrdə. Bu həm də o zaman idi ki, ermənilər təbliğatlarını artırmaq məqsədilə qəzetlər çap etdirir, mənfur niyyətlərini, uydurmalarınıı genişləndirirdilər.

"Xocalının səsi” qəzetinin ilk nömrəsi çap olunan zaman Xocalıya artıq rayon statusu verilmişdi. Orada abadlaşdırma işləri aparılır, yeni müəssisələr yaradılırdı. Düşmən tərəfi Qarabağın işğal planlarını hazırlayır, Xankəndi üçün strateji məntəqə sayılan Xocalı hava limanını ələ keçirməyə, bunun üçünsə şəhəri yerlə-yeksan etməyə çalışırdı.

"Xocalının səsi” qəzetinin ilk redaktoru Sərdar Mehdiyev olub. Ağdamda doğulan, uzun illər Ağcabədi rayon qəzetinin redaktoru olan təcrübəli jurnalist 1991-ci ildən 2000-ci ilədək "Xocalının səsi”nə rəhbərlik edib. Ömrünün son illərinədək xocalılıların dərdini, erməni quldurlarının isə vəhşiliklərini qəzetin səhifələrinə çıxarıb.

Sərdar Mehdiyevin vəfatından sonra qəzetin redaktoru şair-jurnalist Qasım (Qasımov) Qırxqızlı oldu. Yeni redaktor üzərinə düşən məsuliyyəti yaxşı bildiyi üçün oxucuları ilə daha sıx ünsiyyət qurdu. Xocalılıların haqq səsinin daha da gur eşidilməsinə nail oldu. O da uzun müddət üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirdi.

Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik Yeni qəsəbə-2-də fəaliyyətini davam etdirən Xocalı rayon Kosalar kənd mədəniyyət evində 22 iyul - Milli Mətbuat Günü ərəfəsində keçirilən tədbirdə direktor Ramiz Məhərrəmov bu barədə geniş söz açdı. Sonra qəzetin hazırkı redaktoru Qalib Bəyməmmədoğlu qəzetin yaranma tarixindən və bugünkü fəaliyyətindən bəhs etdi.


Məqsədyönlü siyasətə sadiqlik


Xocalılıların özü kimi didərgin olan "Xocalının səsi” qəzetinin səhifələrində Qarabağ müharibəsinə, Xocalı faciəsinə aid mövzular, həmçinin ümumrayon tədbirləri və respublikada baş verən əlamətdar hadisələr işıqlandırılır. Şəhid ailələrindən, erməni əsirliyində olmuş Xocalı soyqırımı şahidlərindən alınan müsahibələr də qəzetin aparıcı mövzularındandır.

Qəzet ayda bir dəfə 8 səhifədən ibarət olmaqla, 500-600 sayla nəşr edilir. Bu mətbu orqan "Xocalıya ədalət” beynəlxalq təbliğat kampaniyasının amalını özünə şüar kimi qəbul edib və onun internet televiziyasının yaradılması da nəzərdə tutulub.

Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının Yeni qəsəbə-2 üzrə ərazi ilk partiya təşkilatının sədri, şəhid ailəsi Zülfü Quliyev, Yeganə Əsgərova, Rafiq Quliyev, İslam Ayrımov, Şəhriyar Quliyev, Rübabə İbrahimova, Tofiq Məmmədov kimi Xocalı ictimaiyyəti nümayəndələrinin çıxışlarında "Xocalının səsi” qəzetində vətənpərvərlik, mübarizlik ruhu olduğu diqqətə çatdırıldı. Rayon qəzetinin səhifələrində daim Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətə sadiqlik nümayiş etdirildiyi vurğulandı.

Xocalılıların özü kimi didərgin həyatı yaşayan "Xocalının səsi” qəzeti müxtəlif vaxtlarda Bərdə, Tərtər, Quba, Bakı, Gəncə şəhərlərində fəaliyyət göstərərək, xocalılıların haqq səsini ucaldıb. Yarandığı ilk gündən taleyüklü rayonun tarixini yazan qəzetin səhifələrində Xocalı soyqırımı, erməni vəhşilikləri, Qarabağ həqiqətləri haqqında bir-birindən maraqlı və məzmunlu yazılar dərc edilir.

"Xocalının səsi” az sayda qəzetlərdəndir ki, onun internet saytı da fəaliyyət göstərir. Qəzetdə dərc edilən mühüm yazılar xocalininsesi.info internet ünvanına yerləşdirilir. Qəzetin əməkdaşları mətbuatın üzərinə düşən mühüm və müqəddəs vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır, həmçinin Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir. Qəzetin kollektivi inanır ki, dövlət başçısı, Ali Baş Komandanın apardığı məqsədyönlü siyasət nəticəsində doğma torpaqlarımız düşmən tapdağından azad ediləcək.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM