Alternative content

01:54 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
ANA SƏHİFƏ / İDMAN
18:52 20.07.2019

XV Avropa Gənclər Yay Olimpiya Festivalının atletlərini Bakıda salamlamaqdan məmnunluq duyuram. Azərbaycanın paytaxtı Bakı növbəti dəfə irimiqyaslı idman tədbirinə ev sahibliyi edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, idman infrastrukturu ilə yanaşı, Atletlər kəndi də festivala tam hazırdır. Şəhərimizdə qonaqları salamlamağı səbirsizliklə gözləyirik.

"İnanıram ki, 7 gün ərzində keçiriləcək festival atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq. Biz səbirsizliklə təmiz və maraqlı qarşılaşmaların keçirilməsini gözləyirik”, - deyə A.Rəhimov əlavə edib.

Qeyd edək ki, 12 idman qurğusunda keçiriləcək mötəbər turnirdə 48 ölkədən 3900 atlet birincilik uğrunda mübarizə aparacaq. Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. "Bakı 2019”da atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM