Alternative content

01:48 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:38 20.07.2019

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Böyük Britaniyada fəaliyyət göstərən Gənclər Arasında Ümumi Söz (ACWAY) beynəlxalq təşkilatı və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə iyulun 15-də başlanan "Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi proqram üzrə işini Oğuz rayonunda davam etdirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 20-də keçirilən bölmə iclasında Yay Məktəbinin iştirakçıları Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanovun "Müasir İKT vasitəsilə terrorizmi və zorakılığı təbliğ edən məzmunların yayılması” mövzusunda mühazirəsini dinləyiblər.

Müasir kommunikasiya vasitələrinin verdiyi imkanlardan sui-istifadə hallarının hər keçən gün artdığını diqqətə çatdıran R.Qurbanov bildirib ki, bu gün dünyada 4 milyarddan çox insan internetdən istifadə edir. Onlardan 3 milyardı sosial şəbəkə istifadəçisidir. İnternet istifadəçilərinin böyük əksəriyyətinin gənclər olduğunu vurğulayan mühazirəçi qeyd edib ki, bu da ekstremist qrupların daha çox sosial şəbəkələr vasitəsilə təbliğatlarının gücləndirilməsinə gətirib çıxarır.

İnformasiya-kommunikasiya şirkətləri tərəfindən zərərli ideologiyaların yayılmasının qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Rəfi Qurbanov hazırda sosial şəbəkələr vasitəsilə belə təbliğatların qarşısının alınması məqsədilə müxtəlif ölkələr tərəfindən sərt qanunvericilik bazasının yaradıldığını diqqətə çatdırıb.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.

IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları daha sonra Qəbələ rayonuna yola düşüblər. Tələbələr udilərin yaşadığı Nic qəsəbəsində yerləşən "Cotari” Alban-Udi Kilsəsini və "Azərbaycan-Udi Ocağı”nı ziyarət edib, Qəbələdəki "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində olublar.

İyulun 15-də başlanan IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin proqramı maraqlı tədbirlərlə yaddaqalan olub. Yay Məktəbi çərçivəsində "Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” mövzusunda I Beynəlxalq Gənclər Forumu keçirilib. Üç gün davam edən forumda "Millətlərarası münasibətlərin gələcəyə inteqrasiyası” adlı plenar sessiya və "Sülh üçün dialoq”, "Dinlərarası münasibətlərin müxtəlif platformalarda tətbiqi”, "Din və münaqişələrin həlli yolu”, "Multikulturalizm siyasəti və Azərbaycan multikulturalizmi modeli”, "Millətlərarası münasibətlərin gələcəyə inteqrasiyası”, "Din, texnologiya və gənclər: Dinlərarası gələcək”, "Qarşılıqlı hörmətə əsaslanan mədəniyyətlərarası əlaqə” və "Gənclərin mədəniyyətlərarası dialoqda rolu” mövzularında bölmə iclasları təşkil edilib.

Yay məktəbi iştirakçıları, həmçinin iyulun 18-də Oğuzda Yuxarı və Aşağı məhəllə sinaqoqlarına baş çəkib, Xalxal meşəsində olub, iyulun 19-da isə Şəkinin Kiş kəndindəki qədim alban məbədini ziyarət edib, "Yuxarı Karvansaray” mehmanxana-kompleksi ilə tanış olublar.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr gerçəkləşdirir. Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləridir. Yay və Qış məktəbləri layihəsi BBMM-in "Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 21, Azərbaycanın isə 39 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan yay və qış məktəblərinin məqsədi həmin gənclərin nəzəri biliklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.

IX Beynəlxalq Multikulturalizm Yay Məktəbində 38 ölkənin - Azərbaycan, Madaqaskar, Mərakeş, ABŞ, Keniya, Çex Respublikası, Almaniya, Meksika, İngiltərə, Kanada, Hindistan, Avstriya, Yaponiya, Polşa, Rusiya, Efiopiya, Braziliya, Macarıstan, Türkiyə, Pakistan, Ruanda, Sudan, Myanma, Əlcəzair, Kamboca, Zambiya, Kamerun, Argentina, İndoneziya, İsveç, Estoniya, Portuqaliya, Xorvatiya, Qazaxıstan, Rumıniya, Ukrayna, İran və Avstraliya kimi ölkələrin aparıcı universitetlərindən 110 tələbə iştirak edir. Yay məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim edilib.

Artıq ənənəyə çevrilmiş Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM