20 Iyul 2019 15:13
604
SİYASƏT
A- A+

Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır

İyulun 20-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik, birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir tədris ilinin sonunadək qoşun növləri, birlik, birləşmə və hərbi hissələrdə döyüş hazırlığı üzrə məşqlərin direktiv və təlimatlara uyğun daha da səmərəli təşkili, rəhbəredici sənədlərin dərindən öyrənilməsi və tətbiqi, eləcə də Ordumuzda peşəkarlığın artırılmasına yönəlmiş digər tədbirlərin keçirilməsi ilə bağlı fikirlərini müşavirə iştirakçılarına çatdırıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən bu ilin sonunadək Azərbaycan Ordusunun, xüsusilə cəbhəboyu zonada yerləşən bölmələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bir neçə hərbi obyektin istifadəyə veriləcəyini bildirən general-polkovnik Z.Həsənov gələcəkdə də bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini vurğulayaraq, görülən işlərin müasir tələblərə uyğun aparılması ilə əlaqədar vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

Qoşunların gizli və fasiləsiz idarə olunmasını tələb edən Müdafiə naziri təmas xəttində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması, döyüş hazırlığının daha keyfiyyətli təşkili, ideoloji işin və mənəvi-psixoloji təminatın gücləndirilməsi və digər xidməti məsələlərin həlli ilə bağlı tapşırıqlar verib.

Nazir, həmçinin hava şəraitini nəzərə alaraq şəxsi heyətin sağlamlığına diqqətin artırılması və hərbi hissələrdə yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi barədə də göstəriş verib.

Müşavirənin sonunda Müdafiə naziri sayıqlığın artırılması və təhlükəsizliyin təmin edilməsi, Ermənistan tərəfinin törədə biləcəyi hər bir təxribata hazır olmaq məqsədilə kəşfiyyat fəaliyyətinin gücləndirilməsi və düşmənə qarşı adekvat cavab tədbirlərinin görülməsi barədə əmr və tələblərini müşavirə iştirakçılarına çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video