20 Iyul 2019 14:53
2309
Qəbullar
A- A+

Yanes KOSYANÇİÇ: “Azərbaycan beynəlxalq idman aləmində güclü mövqelərə malikdir”


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiçi qəbul edib.

AZƏRTAC xəbər verir ki, Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirdi. Yanes Kosyançiç XV Avropa Gənclər Yay Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək bu tədbirin böyük önəm daşıdığını və gələcək Olimpiya medallarının qazanılması üçün çox yaxşı hazırlıq prosesi olduğunu dedi. Yanes Kosyançiç Azərbaycanın beynəlxalq idman aləmində güclü mövqelərə malik olduğunu deyərək bu işlərdə Prezident İlham Əliyevin rolunu xüsusi vurğuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsi ilə bağlı hazırlıq işlərinin tamamlandığını qeyd etdi və bu tədbirin önəmini vurğuladı. Dövlətimizin başçısı idmanın Azərbaycanda prioritet sahələrdən biri olduğunu bildirərək idmançılarımızın beynəlxalq yarışlarda böyük nailiyyətlər qazandığını və Azərbaycanda mühüm beynəlxalq idman tədbirlərinin uğurla keçirildiyini qeyd etdi.

Sonra Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video