Alternative content

14:32 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu gündən Bakının bəzi küçə və prospektlərində sarı zolaq qadağası qüvvəyə minib
Bu gündən Bakının bəzi küçə və prospektlərində sarı zolaq qadağası qüvvəyə minib
ANA SƏHİFƏ / İDMAN
12:27 20.07.2019
İyulun 20-dən "EYOF Baku 2019” XV Avropa Gənclərinin Yay Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində sarı zolaq qadağası qüvvəyə minib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, paytaxtın Ziya Bünyadov, Qara Qarayev, Neftçilər, Atatürk, Hənifə Ələsgərova, Azadlıq, Zərifə Əliyeva, Tbilisi, Moskva, Üzeyir Hacıbəyli və digər küçə və prospektlərində çəkilmiş sarı rəngli və xüsusi işarəli avtomobil zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkəti kameralar vasitəsilə aşkarlanarsa, bu, artıq inzibati xəta tərkibi yaradır. Yəni, "Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən sürücülərin 40 manat cərimələnməsi üçün elektron qərarlar qəbul edilir. Buna görə də sürücülər və avtomobil sahiblərindən xahiş edilir ki, tədbir başa çatanadək, yəni, iyulun 28-dək qeyd olunan zolaqlar üzrə şəxsi avtomobillə hərəkət etməsinlər. Ümumiyyətlə, bu ərəfələrdə Bakı şəhəri ərazisində süni sıxlığın, tıxacların yaranmaması üçün tövsiyə edirik ki, ictimai nəqliyyatdan istifadə edilsin. Eyni zamanda, xahiş edirik ki, tədbirlərin keçirildiyi ərazilər istiqamətində də şəxsi avtomobillərdən deyil, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.

Sürücülərə və avtomobil sahiblərinə bildiririk ki, bu zolaqlar üzrə hərəkətin 40 manat məbləğində cərimə edilməsi əsas məqsəd deyil. Əsas məqsəd odur ki, bu günədək ölkəmiz bir çox beynəlxalq dərəcəli idman oyunlarına ev sahibliyi edib və yüksək göstəricilər əldə edib. Bu göstəricilərin də əldə edilməsi hərəkət iştirakçılarının yol polisi ilə həmrəyliyinin nəticəsində mümkün olub. Bir daha sizi həmrəyliyə çağırırıq.

Qeyd edək ki, festivalın keçirildiyi müddətdə yol polisi gücləndirilmiş iş rejimində xidmət etməklə, yarışların təşkil olunduğu ərazilərdə nəzarəti artıracaq. Təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə tədbirlərin keçirildiyi ərazilər və onlara bitişik bütün küçə və yollar, prospektlər yol polisi tərəfindən nəzarətə götürüləcək. Tədbirlərin keçirildiyi ərazilər istiqamətində yarış iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsi məqsədilə sarı rəngli xüsusi işarələnmiş, Olimpiya zolağı kimi tanınan avtomobil zolağı ilə hərəkətə quraşdırılmış kameraların köməyi ilə nəzarət ediləcək. Məlumat üçün bildiririk ki, bu zolaqların çəkildiyi ərazilərdə "hərəkət qadağandır” yol nişanı da quraşdırılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM