20 Iyul 2019 12:25
483
CƏMİYYƏT
A- A+

Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib

ABŞ tərəfinin dəvəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 16-18-də Vaşinqton şəhərində keçirilmiş Din Azadlığının İrəlilədilməsi üzrə 2-ci Nazirlər Konfransında iştirak edib.

AZƏRTAC xəbər verir ki, konfransa 100-dən artıq dövlətin və 10-dan çox beynəlxalq təşkilatın rəsmiləri, habelə dini liderlər və vətəndaş cəmiyyəti qruplarının nümayəndələri qatılıblar.

ABŞ-ın vitse-prezidenti Mayk Pens, dövlət katibi Mayk Pompeo və Dövlət Departamentinin beynəlxalq din azadlıqları sahəsində xüsusi tapşırıqlar üzrə səfiri Sem Braunbek tədbirdə çıxış ediblər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Mübariz Qurbanlı çıxışında ölkəmizin dünyəvi dövlət olduğunu, respublikamızdakı mövcud dövlət-din modelini, müxtəlif dini icmaların dostluq və mehribanlıq şəraitində birgə yaşadığını, cəmiyyətimizin tolerantlıq və multikulturalizm ənənələrinin bir nümunə olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, bu ənənələri daha da gücləndirmək üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl siyasət həyata keçirilir, dini icmaların inkişafı üçün onlara maddi yardımlar edilir. Ölkəmizin beynəlxalq aləmdə model olduğunu söyləyən M.Qurbanlı antisemitizmin olmadığı və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olan Azərbaycanın dinlər və sivilizasiyalar arasında dialoqu təşviq edən əsas dövlətlərdən biri olduğunu vurğulayıb. M.Qurbanlı, həmçinin cari ilin noyabrında Azərbaycanın Dünya dini liderlərinin II Bakı sammitini keçirəcəyini də xatırladıb.

Bəzi münaqişələrin sonradan dini dona salınmasının yolverilməz olduğunu söyləyən M.Qurbanlı belə addımların qınanmasının və onların qarşısının alınmasının vacibliyini qeyd edib. O, dinlərin barışa və sülhə töhfə verməli olduğunu, bu xüsusda xristian və müsəlman dini liderləri Azərbaycan torpaqlarının işğalı ilə nəticələnən münaqişənin həllinə və bir milyonadək soydaşımızın öz doğma yurd-yuvasına qayıtmasına yardım etməyə çağırıb.

Qeyd edək ki, konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti ABŞ rəsmiləri, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının müvəkkilləri, Macarıstan Xarici İşlər və Ticarət naziri, habelə Qazaxıstan, Özbəkistan rəsmiləri, müxtəlif dini liderlər və tanınmış ictimai xadimlərlə görüşlər keçirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video