Alternative content

06:42 08 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
02:14 08.12.2019 Hamı razılıq edir
02:13 08.12.2019 48 ailənin sevinci
02:09 08.12.2019 İlk qiblə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çoxmərhələli layihə
Çoxmərhələli layihə
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:40 20.07.2019


Qarşıda duran vəzifələrin yerinə yetirilməsinə Məcburi İşlərin Minimum Proqramından başlandı


1994-cü il sentyabrın 20-si Azərbaycanın tarixinə şanlı günlərdən biri kimi yazıldı. Həmin gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizinin Azərbaycan sektorundakı üç mühüm karbohidrogen mənbəyi - "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin tammiqyaslı işlənməsi üçün altı ölkəni təmsil edən 11 neft şirkətindən ibarət konsorsiumla Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzaladı.

Tanınmış beynəlxalq şirkətlərin keçmiş SSRİ məkanında ilk ən böyük sərmayə qoyuluşunun nümunəsi olan HPBS sonralar "Əsrin müqaviləsi” adı ilə məşhurlaşdı.

"Əsrin müqaviləsi”nin imzalanması dünyaya sübut etdi ki, Azərbaycan azad, müstəqil, suveren ölkədir. Ölkəmizin yeni neft strategiyasının müəllifi olan Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: "Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk”.

"Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi üçün 30 il müddətinə bağlanmış sözügedən saziş 1994-cü il dekabrın 12-də Milli Məclis tərəfindən ratifikasiya olunaraq qüvvəyə mindi. Bundan sonra SOCAR və Azərbaycan hökuməti ilə tərəfdaşlıqda işləmək və səhmdarlar adından sazişi həyata keçirmək üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradıldı.

İlkin olaraq ABƏŞ-ə 11 xarici neft şirkəti daxil idi. Bunlar BP, "Amoko”, "Yunokal”, "LUKoyl”, "Statoyl”, "Ekson”, TPAO, "Pennzoyl”, "MakDermott”, "Remko”, DNKL şirkətləri idi. 1999-cu ilin iyun ayından etibarən ABƏŞ-in əməliyyatçılığını BP Amoko öz üzərinə götürdü.

HPBS-nin imzalanmasından ötən 25 il ərzində müxtəlif vaxtlarda AÇG-də iştirak edən şirkətlərin tərkibində müəyyən dəyişikliklər olub. Hazırda AÇG-də iştirak payları belədir: BP (o həm də operatordur, Böyük Britaniya, 30,37 faiz), SOCAR (Azərbaycan, 25 faiz), "Şevron” (ABŞ, 9,57 faiz), İNPEKS (Yaponiya, 9,31 faiz), "Ekvinor” (Norveç, 7,27 faiz), "EksonMobil” (ABŞ, 6,79 faiz), TPAO (Türkiyə, 5,73 faiz), İTOÇU (Yaponiya, 3,65 faiz), ONGC Videş Limited - OVL (Hindistan, 2,31 faiz).

AÇG layihəsinə start verilərkən bu yataqların işlənməsi üç əsas mərhələyə bölündü. Əvvəlcə Məcburi İşlərin Minimum Proqramı (MİMP) yerinə yetirilməli idi. Növbəti mərhələni İlkin Neft Layihəsi (İNL) təşkil edirdi. Daha sonra növbədə Yataqların Tammiqyaslı İşlənməsi (YTİ) dayanırdı.

Xatırladaq ki, 1997-ci ildə İNL çərçivəsində "Çıraq”dan neft hasil olunandan sonra növbəti mərhələ üç fazada işləndi. Birinci olaraq "Mərkəzi Azəri”dən, ikinci fazada "Qərbi Azəri”dən və "Şərqi Azəri”dən, üçüncü fazada "Dərinsulu Günəşli”dən hasilat əldə olundu. Zaman uzaqgörənliklə seçilmiş bu strategiyaya yeni mərhələlər də əlavə etdi. Beləliklə, 2017-ci ildə AÇG-nin işlənmə müddəti 2050-ci ilin əvvəlinədək uzadıldı, başqa sözlə, "Yeni əsrin müqaviləsi” imzalandı.

Qeyd edildiyi kimi, bütün bu uzun yol Məcburi İşlərin Minimum Proqramından başlandı. HPBS-nin şərtlərinə görə, ABƏŞ-in qarşısında dayanan birinci vəzifə karbohidrogen ehtiyatlarının həcminin öyrənilməsi, eləcə də müqavilə sahəsinin ilkin ekoloji vəziyyətinin dəqiq müəyyənləşdirilməsi idi. MİMP bu vəzifəni müvəffəqiyyətlə başa çatdırdı.

Belə ki, proqram çərçivəsində qısa müddətdə genişmiqyaslı işlər görüldü. Xəzər dənizinin Azərbaycan sektorunda üçölçülü seysmik tədqiqatlar aparıldı. Sahə dəqiq tədqiq olundu və burada üç qiymətləndirmə quyusu qazıldı. Sonradan "Dədə Qorqud” adı verilmiş "Kaspmorneft” qazma qurğusu modernləşdirildi. Təchizat gəmiləri, tərsanə, anbar, tikinti-quraşdırma sexi və ofis-yaşayış infrastrukturu yeniləndi, müasirləşdirildi.

MİMP-ə eləcə də əldə olunacaq ilkin nefti ixrac etmək üçün iki variantın müəyyənləşdirilməsi daxil idi. Proqram bu işi də yekunlaşdırdı. "Çıraq-1” platforması tamamilə yenidən qurulmaq üçün qiymətləndirildi. Əsas İxrac Boru Kəməri ilə bağlı məsələlər araşdırıldı.

Beləliklə, MİMP gerçəkləşərək öz növbəsini İNL-yə verdi. İNL-nin qarşısında isə Xəzərin Azərbaycana aid bölməsində dəniz yataqlarının müvəffəqiyyətlə işlənməsinin mümkünlüyünü nümayiş etdirmək vəzifəsi dayanırdı...

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM