Avropa idmanının nəbzi Bakıda döyünür
Sabah Bakıda başlanacaq Avropa Gənclərinin XV Yay Olimpiya Festivalı bütün qitəni birləşdirən tarixi idman bayramıdır. Bu, Azərbaycanın inkişafına, sabitliyə, dünya idmanı və Olimpiya hərəkatının liderlərindən biri olmasına verilən növbəti qiymətdir.
Ümumiyyətlə, bu gün öz inkişafına görə Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan, eyni zamanda dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Lakin buna heç də asanlıqla nail olunmayıb. Bu uğurun mərkəzində Azərbaycanda gənclərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunması, həmçinin gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün atılan addımlar dayanır.
Azərbaycanda idmana olan dövlət qayğısı, bunun nəticəsində idmançılarımızın olimpiadalarda, müxtəlif səviyyəli beynəlxalq yarışlarda qazandıqları böyük nailiyyətlər, paytaxtla yanaşı, respublikanın hər yerində müasir idman infrastrukturunun yaradılması gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişməsində də mühüm rol oynayır.
Bütün bu reallıqlar və XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı ölkəmizdə görülən işlər Avropa Olimpiya Komitəsinin turnirin Bakıda keçirilməsi ilə bağlı qərarının düzgün olduğunu bir daha nümayiş etdirir.
Bu gün Azərbaycan növbəti dəfə Avropanın diqqət mərkəzindədir. Paytaxtımız XV Avropa Gənclər Yay Olimpiya Festivalını keçirməklə növbəti dəfə sübut edəcək ki, beynəlxalq yarışların ən uğurlu məkanıdır.
İlk dəfə 1990-cı ildə, Jak Roq tərəfindən irəli sürülən, iki ildən bir (tək illərdə) qışda və yayda keçirilən Avropa Gənclər Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya Komitəsi tərəfindən təşkil olunur. Bununla da Asiya Gənclər Oyunları və ya Panamerika Gənclər Oyunlarında sınanmış ənənələrin davam etdirilməsi imkanları yaradılır.
Azərbaycan həmişə olduğu kimi, bu tədbirə də xüsusi maraqla hazırlaşıb. "Bakı-2019”a hazırlıq işlərinin gedişi ilə bağlı Təşkilat Komitəsi fəal iş aparıb. Komitə tərəfindən təşkilati işlər yüksək səviyyədə həyata keçirilib. Festivala hazırlıqla bağlı bütün işlərin beynəlxalq standartlara uyğun şəkildə vaxtında və yüksək keyfiyyətlə aparılması daim diqqət mərkəzində saxlanılıb. Yarışların Əlaqələndirmə Komissiyasının müxtəlif vaxtlarda keçirilən iclasları hazırlıq işlərinin yüksək səviyyədə aparılmasında xüsusi önəm daşıyıb.
Yalnız yerli mütəxəssislərdən ibarət əməliyyat qrupu bütün idman məkanlarında yoxlama işləri aparıb. Artıq hazırlıq işləri başa çatdırılıb. Atletlər Kəndi də tam hazır vəziyyətdədir. 12 yarış məkanı iyulun 21-27-də qapılarını bütün idmansevənlər üçün açacaq.
Festivalda idman yarışlarını izləmək üçün biletlər pulsuzdur. Hər bir şəxs şəxsiyyət vəsiqəsi ilə dörd bilet əldə edə bilər. Bu imtiyaz şagirdlərə də şamil olunur. İdman müəllimləri isə Festivalın Əməliyyat Komitəsinə müraciət edərək daha çox bilet ala bilərlər.
"Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının loqosu olduqca maraqlıdır. "Leo Burnett” brend agentliyinin dizaynerlərindən ibarət yerli heyətin tərtib etdiyi loqo dostluq, ədalətli oyun və tolerantlıq ruhunu gücləndirən müasir, dinamik və çevik brendi əks etdirir. Brendin əsas məqsədi beynəlxalq idman yarışlarına evsahibliyi edən ölkənin və şəhərin qədim mədəniyyətini, tarixini əks etdirmək, eyni zamanda, sabah baş tutacaq idman yarışının bundan əvvəlkilərlə müqayisədə fərqini və milyonlarla insanı bir araya gətirən idman tədbirində "Bax və hiss et!” şüarını nümayiş etdirməkdir.
Bakının irs və mədəniyyətini - od və Qədim Azərbaycan naxışı olan butanı, birlik və dostluq konsepsiyalarını özündə ehtiva edən loqo, eyni zamanda Azərbaycan paytaxtının möhtəşəm müasir memarlıq nümunələrini - Alov Qüllələri və Heydər Əliyev Mərkəzini də təsvir edir. Parlaq rəngləri canlandıran bu loqo yarışlara qatılacaq hər bir iştirakçının müsbət enerjisi və Bakının çoxşaxəli gözəlliyini təsvir etdirən əhatəli çalarlar palitrasından ibarətdir. Bu loqo Azərbaycan mədəniyyətinin təzahürü olmaqla yanaşı, Avropa Olimpiya Hərəkatının əsl ruhunu və bütün dünyanı ilhamlandıran, milyonlarla insanı bir araya gətirməyi bacaran idman mübarizəsini əks etdirir.
Avropa Olimpiya Komitəsinin qərarı ilə ölkəmizdə keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı Azərbaycanın, bütövlükdə qitənin idman həyatında əlamətdar bir hadisə olacaqdır. Görülən işlər, həyata keçirilən tədbirlər bir daha təsdiq edir ki, ölkəmiz dostluq və idman yarışı olan bu beynəlxalq tədbirin keçirilməsinə, Avropanı qəbul etməyə tam hazırdır.
Elçin CƏFƏROV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!