Sənaye məhəllələri regionlarda inkişafa töhfə verir
Məlum olduğu kimi, Azərbaycanda iqtisadi siyasətin əsasını bu sahənin hərtərəfli inkişafının təmin edilməsi, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafı və şaxələndirilməsi təşkil edir. Həyata keçirilən bu siyasət nəticəsində xüsusən son illər regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, minlərlə yeni iş yeri yaradılmışdır.
Ölkədə rəqabətədavamlı sənaye məhsulları istehsalını genişləndirmək üçün hazırda sənaye parklarının yaradılması istiqamətində hərtərəfli tədbirlər görülür. İlk növbədə qabaqcıl beynəlxalq təcrübə öyrənilir və onun ölkəmizdə tətbiqi imkanları araşdırılır. Yeri gəlmişkən qeyd edək ki, sənaye məhəllələrinin yaradılması Prezidentin 2014-cü il 8 oktyabr tarixli fərmanı ilə müəyyən edilmişdir. Fərmana görə, belə məhəllələrin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır. Sözügedən fərmanla müəyyən olunmuşdur ki, sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir.
İstehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişafı və s. məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edən sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi dövlət başçısı tərəfindən "Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə həvalə olunmuşdur. Bu istiqamətdə ASC-nin başlıca vəzifələrindən biri məhəllələrdə sənaye istehsalının və müvafiq xidmət sahələrinin təşkili üçün zəruri infrastrukturun və biznes şəraitinin yaradılması, onların sənayeləşmə siyasətinin əsas vasitələrindən birinə çevrilməsindən ibarətdir. Bir vacib məqamı da qeyd edək ki, sənaye məhəlləsi üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedən təşkilatın daimi istifadəsinə verilir və yalnız sənaye məhəlləsinin fəaliyyəti məqsədi ilə istifadə olunur. Sənaye məhəlləsinin ərazisində torpaqlar sənaye məhəlləsinin iştirakçılarına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə verilir.
Onu da xatırladaq ki, sənaye məhəllələrinin yaradılması, idarə edilməsi və burada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələlərin tənzimlənməsi üçün Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli qərarı ilə "Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə” təsdiq edilmişdir. Əsasnaməyə uyğun olaraq, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə sənaye məhəllələrində stimullaşdırıcı tədbirlər ("Torpaq icarəsi haqqında” və "İcarə haqqında” qanunların müvafiq maddələrinə əsasən torpaq sahəsinin və tikililərin icarə haqqının aşağı həddə müəyyən edilməsi; güzəştli kreditlərin verilməsi; inzibati prosedurların sadələşdirilməsi; sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili) tətbiq olunur.
Bir neçə fakt da artıq fəaliyyətə başlamış və bu mərhələdə olan sənaye məhəllələri barədə. Prezidentin 2015-ci il 2 fevral tarixli sərəncamı ilə 10 hektar ərazidə yaradılmış və 2017-ci ilin sentyabrında açılmış Neftçala Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 11 müəssisə fəaliyyət göstərir. Buradakı iştirakçılar istehsal sahələrinin yaradılmasına 50 milyon manata yaxın investisiya yatırıb. Ümumilikdə 550-yə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulan məhəllədəki "Xəzər” Avtomobil Zavodunda istehsal olunan avtomobillər daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac ediləcək.
Dövlət başçısının 2016-cı il 13 iyun tarixli sərəncamına əsasən yaradılmış Masallı Sənaye Məhəlləsində isə tikinti işləri başa çatmışdır. Burada sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün zəruri olan xarici və daxili infrastruktur, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri inşa edilmişdir. Eyni zamanda məhəllədə fəaliyyət göstərən sahibkarlara müxtəlifyönlü dəstək verən, onların hüquqlarının müdafiəsini həyata keçirən ilk regional "KOB Dostu” xidməti fəaliyyətə başlamışdır. Ötən ilin sentyabrında Prezidentin iştirakı ilə açılışı olan Masallı Sənaye Məhəlləsində ilkin olaraq 205 iş yeri olan 5,33 milyon manat dəyərində 10 layihə reallaşdırılmışdır.
Prezidentin 25 iyul 2017-ci il tarixli sərəncamı ilə yaradılmış Hacıqabul Sənaye Məhəlləsində də tikinti işləri yekunlaşmışdır. Sahibkarlar tərəfindən böyük maraq göstərilən məhəllədə ilkin olaraq ümumi dəyəri 61,43 milyon manat olan 7 layihənin icrası nəticəsində 900-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Dövlət başçısının 27 noyabr 2017-ci il tarixli sərəncamı ilə yaradılan Sabirabad Sənaye Məhəlləsinə gəldikdə hazırda burada tikinti işləri gedir. Bu sənaye məhəlləsində də fəaliyyət göstərmək marağında olan sahibkarların müraciətləri nəticəsində qeydiyyatdan keçmiş 7 layihə üzrə 19.63 milyon manat investisiya qoyuluşu və 300-ə yaxın yeni iş yerinin yaradılması gözlənilir.
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanun...
19 Mart
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sı...
19 Mart
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında...
19 Mart
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzər...
19 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsd...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununu...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı...
19 Mart
Azercell abunəçilərinin nəzərinə:
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!