Alternative content

14:35 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda 5,1 milyon nəfər iqtisadi fəal əhalinin 4,9 milyonu işləyir
Azərbaycanda 5,1 milyon nəfər iqtisadi fəal əhalinin 4,9 milyonu işləyir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:30 20.07.2019


İyulun 1-nə olan statistikaya görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 167,9 min nəfər olub. Onlardan 4 milyon 915,2 min nəfəri məşğul əhalidir.

2018-ci il iyulun 1-i vəziyyəti ilə müqayisədə həm iqtisadi fəal əhalinin sayı, həm də iqtisadiyyatda işləyənlərin sayı artıb. Dövr ərzində iqtisadi fəalların sayı 5 milyon 108,9 min nəfər olub. Onlardan 4 milyon 856,5 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu il iyunun 1-i vəziyyətinə görə muzdla işləyənlərin sayı 1 milyon 590,7 min, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 898 min, qeyri-dövlət sektorunda isə 692,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 35 min, qeyri neft-qaz sektorunda isə 1 milyon 555,7 min nəfər çalışıb.

İyul ayının 1-dək məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı da ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 min nəfər artaraq 55,8 min nəfər olub. Onların 34,6 faizi qadınlardan ibarətdir. İşsizlikdən sığorta ödənişinin orta məbləği isə 221,2 manat olub. Bu rəqəm ötən il 287,2 manat təşkil edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM