Alternative content

14:30 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sumqayıtlı gənclərin “Yay məktəbi”
Sumqayıtlı gənclərin “Yay məktəbi”
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:23 20.07.2019


Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə sumqayıtlı gənclərin Quba rayonunda "Yay məktəbi”nə start verilib.

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində "Yay məktəbi”nin ilk turunun açılış mərasimində bildirilib ki, belə layihələr gənclərin bilik və bacarıqlarının artırılmasına, dostluq əlaqələrinin genişlənməsinə müsbət təsir göstərir. Yaranan əlaqələr gənclər arasında münasibətlərin formalaşmasında mühüm rol oynayır. Sonradan təhsil illərində də davam edən əlaqələr sağlam fikrin inkişafına gətirib çıxarır. "Yay məktəbi”nin iştirakçıları layihənin keçirilməsi təşəbbüsünü dəstəklədiyinə və təşkilində göstərdiyi köməyə görə əlaqədar təşkilatlara minnətdarlığını bildiriblər.

"Yay məktəbi”nin ilk turunda şəhərin müxtəlif sahələrini təmsil edən ictimai fəal gənclər, keçirilən yarış, müsabiqə, festival qalibləri, Sumqayıt "Asan xidmət” və Qızıl Aypara Cəmiyyətinin şəhər bölməsinin üzvləri iştirak edib.

Qubada təşkil olunan "Yay məktəbi”nin iştirakçıları rayonun əsrarəngiz təbiəti ilə tanış olub. "Mənzərə” düşərgəsində isə gənclər arasında intellektual, əyləncəli oyunlar, təlim, yemək və çay fasilələri təşkil edilib. Şahmat, voleybol və futbol yarışları çox böyük maraqla izlənib.

Onu da bildirək ki, növbəti turların proqramı daha da genişləndiriləcək və gənclər Qubanın tarixini yaşadan yerlərə ekskursiya edəcəklər.

Akif ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM