Alternative content

02:27 12 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:58 12.12.2019 Xilaskar Lider
00:56 12.12.2019 Tarix yaradan şəxsiyyət
00:41 12.12.2019 Qəlblərdə yaşayan dahi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şamaxı insanlara qucaq açır
Şamaxı insanlara qucaq açır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:21 20.07.2019


İndi burada kənd turizminə maraq göstərənlər daha çoxdur


Ölkəmizin turizm potensialına görə seçilən bölgələri arasında Şamaxının öz yeri var. Bu məkan zəngin təbiətinə, biomüxtəlifliyin çoxluğuna, bir sözlə, mükəmməl flora və faunasına görə həmişə maraq dairəsində olub. Məkanın paytaxta ən yaxın məsafədə yerləşən turizm bölgəsi olması da onun cəlbediciliyini artırır. Təsadüfi deyil ki, 2018-ci il ərzində Şamaxı rayonunu ümumilikdə 119 min 300 nəfər turist ziyarət edib. Onlardan 38 min 800 nəfər əcnəbi və 80 min 500 nəfəri isə yerli turistlər olub.

Azərbaycan Respublikası Turizm Agentliyinin Şamaxı rayonu üzrə nümayəndəsi Taleh Məmmədov bildirdi ki, cari ilin əvvəlindən də bura gələnlər, görməli yerləri ziyarət edənlər az olmayıb. Təsadüfi deyil ki, 2019-cu ilin 4 ayı ərzində Şamaxıya gələn turistlərin sayı 21 min 608 nəfər təşkil edib. Onlardan 1482 nəfər əcnəbi və 20 min 126 nəfəri yerli turistlərdir.

Xarici ölkələrdən Şamaxıya gələn turistlər arasında Rusiya, BƏƏ, Türkiyə, İran, Asiya ölkələri, Fransa, Almaniya və MDB ölkələrinin vətəndaşları üstünlük təşkil edirlər.

Şamaxı rayonu ərazisində ümumilikdə 30 turist obyekti fəaliyyət göstərir. Bunlardan 3-ü beşulduzlu hotel, 15-i istirahət mərkəzi və 12-si restoranlardır. Onlardan əlavə Şamaxıda son illərdə kənd turizmi də çox inkişaf etməkdədir. Bunun nəticəsidir ki, rayona gələn istər yerli, istərsə də xarici turistlərin bir hissəsi kənd evlərində qalmağa üstünlük verirlər.

Turistlərin daha çox xoşladıqları və qalmağa çalışdıqları evlər Çuxuryurd, Nağaraxana, Məlhəm və Dəmirçi kəndlərindədir. Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, kənd turizmi anlayışı heç də turistlərin ancaq kənd evlərində qalmaları demək deyil. Hər bir evdə qalan turistin yerli kənd təsərrüfatı məhsullarından istifadə etməsini və bu məhsulların necə ərsəyə gəlməsi prosesinin canlı şahidi olmasını da qeyd etmək lazımdır. Bura, eyni zamanda süd sağımı və ağartı məhsullarının hazırlanması, müxtəlif meyvələrin və təbabətdə istifadə olunan bitkilərin toplanması, ev heyvanlarına və quşlarına qulluq və sair daxildir. Artıq bir çox kəndlərin sakinləri kənd turizminin necə maraqlı və faydalı olduğunu bilirlər. Burada həm kəndlinin göstərdiyi xidmət qarşılığında onun maddi durumu yaxşılaşır, həm də regiona gələn turistlər təbii mühitdən çox məmnun qalırlar.

Şamaxı rayonu ilin bütün fəsillərində mülayim iqlimə malikdir. Paralel olaraq digər bölgələrlə müqayisədə rütubətin azlığı da bu yerin əhəmiyyətini artırır. Ona görə yay mövsümündən əlavə olaraq turistlərin qışda da kənd evlərinə maraqları azalmır.

Şamaxıya gələnlərin maraq göstərdiyi və ziyarət etdikləri yerlər də az deyil. Bunların arasında Cümə məscidi, Astrofizika Rəsədxanası, Dəmirçi kəndi turizm komleksi, tarix diyarşunaslıq muzeyi, Heydər Əliyev Mərkəzi, Yeddi Günbəz abidəsi, Şahxəndan türbəsi, Pir Mərdəkan xanəgahı, Gülüstan qalası və Buğurd qalası xüsusilə qeyd edilməlidir.

Nəhayət, Şamaxıda kənd turizmi ilə yerindəcə tanış olmaq şansı qazanırıq. Çuxuryurd kəndindəyik. Burada kənd turizmi üçün mükəmməl infrastrukturun yaradıldığı bir əraziyə daxil oluruq. Obyektin sahibi Bəxtiyar Əliyev deyir ki, əslən Gürcüstandandır. 45 il Bakı şəhərində yaşayıb və müxtəlif rəhbər vəzifələrdə çalışıb. 60 yaşı tamam olduqdan sonra isə kəndə üz tutub və məhz hazırda yaşadığı Çuxuryurdu seçib.

Dediyinə görə, hazırkı ərazidə kiçik torpaq sahəsi götürüb və ailəsi üçün yaşayış yeri tikməyə qərar verib. Öz evi hazır olandan sonra övladlarına da yaxın ərazidə ev tikməyə başlayıb. Bu zaman kənddə turizmin inkişaf etdirilməsinə zərurət yarandığını hiss edib. Beləliklə də, daha böyük həvəslə iş sahəsini genişləndirib. Artıq məqsədinə də nail olub. 4 ailənin eyni zamanda istirahəti üçün tam şəraiti olan ev hazırlayıb. Evlər 3 mənzildən ibarət olmaqla istər yay, istərsə də qış mövsümündə yaşamaq üçün məqbuldur. Hər evdə 5 nəfər qala bilər. Hazırda daha böyük ailələrin - 10 nəfərin eyni zamanda dincəlməsi və uzun müddətə qalması üçün də şərati olan evin tikintisini tamamlamaq üzrədir.

Sahibkar burada dincələn insanların istifadəsi məqsədilə təbii ərzaq məhsulları da yetişdirir. Fərqli meyvə və tərəvəzlər indidən bol məhsulun olacağından xəbər verir. Bundan əlavə yaxınlıqda yerləşən kafe də B.Əliyevə məxsusdur. Turistlər böyük gölün olduğu bu ictimai iaşə obyektinin xidmətindən də bəhrələnə və hətta göldən balıq da tuta bilərlər. Müştəri sarıdan sıxıntısı da yoxdur. Evlər istiliklə təmin edildiyi üçün qışda da müştəriləri olur.

Əli SƏLİMOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM