Alternative content

06:43 08 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
02:14 08.12.2019 Hamı razılıq edir
02:13 08.12.2019 48 ailənin sevinci
02:09 08.12.2019 İlk qiblə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan növbəti mötəbər tədbirə evsahibliyi edib
Azərbaycan növbəti mötəbər tədbirə evsahibliyi edib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:20 20.07.2019


Yayın isti günlərində turizm sahəsində bir-birindən maraqlı tədbirlər təşkil edilir ki, bu da adıçəkilən sahənin inkişafında mühüm məsələlərdəndir. BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının da yaxın günlərdə Bakıda keçirilməsi bu qəbildəndir.

"İrsimizi qoruyaq: sosial, mədəni və ekoloji davamlılıq” başlığı atlında təşkil edilən sessiyada "Turizm və davamlılıq”, "Yerli səviyyədə davamlılığın artırılması”, "Turizm və daxiletmə: sosial ölçü”, "Turizm və mədəni qoruma” mövzularında tematik müzakirələr keçirilib.

37 ölkə və 5 beynəlxalq təşkilatdan olan, rəsmi dövlət nümayəndələrinin də qatıldığı tədbir bir həftə davam edib.

Tədbirdə Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, təşkilatın İcraiyyə Şurasının sədri Çarls Banda və Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev iştirak və çıxış ediblər.

Fuad Nağıyev son illər Azərbaycanda turizmin inkişafı üçün atılan addımlar, ölkə xaricində aparılan təbliğat kampaniyaları, ölkəmizin yeni turizm brendi, milli-mədəni irsin qorunması üçün görülən tədbirlər barəsində məlumat verib.

Turizmdə etik normaların vacibliyindən danışan F.Nağıyev Azərbaycanın işğal edilmiş torpaqlarında mövcud olmuş mədəni irs nümunələrinin məhvni, beynəlxalq hüquq normalarının işğalçı Ermənistan tərəfindən kobudcasına pozulması faktını sessiya iştirakçılarının diqqətinə çatdırıb.

Agentliyin sədri BMT-nin Ümumdünya Turizm Təşkilatının "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması” qətnamə layihəsi ilə bağlı qərarını yüksək qiymətləndirərək, onların tövsiyə xarakterli deyil, məcburi qüvvədə olmasının məqsədəuyğunluğunu bildirib.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM