Alternative content

11:56 20 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.11.2019 Dünyanı uşaqlara verək
00:43 20.11.2019 İnsaf yoxsa, israf var
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu da 60
Bu da 60
ANA SƏHİFƏ / Mədəniyyət
00:20 20.07.2019


Jurnalistlik təkcə təhlükəli yox, həm də bir az qəribə, bir az bənzərsiz, bir az da bəxtsiz və içi özünü, çölü özgəni yandıran peşədir. Hətta bir qədər dərinə gedib müasir tələblər baxımından yanaşdıqda, perspektiv peşə sayılan jurnalistliyi bu geniş dünyada, bu milyonlar arasında "tənha” peşə də saymaq mümkündür. Bəlkə də ona görədir ki, jurnalistin səmimi, qəlb dostları əksər vaxt həmkarları olur. Başqaları isə jurnalisti yalnız işi düşəndə, əli qapı arasında qalanda yada salır. Çünki bu təmənnalı zamanada jurnalistin qələmdən savayı sərvəti, yazmaqdan başqa səlahiyyəti yoxdur.

Amma bütün bunların fonunda jurnalistlik həm də bir peşə xəstəliyidir, yoluxdunmu, müalicə edilə bilməyəcəksən, ömrünün sonunacan onun daşıyıcısı olacaqsan. Və nə yaxşı ki, bu gün Azərbaycanda sayı az olsa da, peşəsinin, sözün yaxşı mənasında, xəstəsi olan jurnalistlər var. Onlardan biri də ömür zirvəsinin 60-cı pilləsinə qədəm qoyan, köhnə dillə desək, 37 il əlindən qələm düşməyən Amil Novruzovdur.

Orta yaşlı həmkarlarımız arasında Amil Novruzovu tanımayan az adam olar. Hamı da onu istedadlı jurnalist, etibarlı dost, sabit və prinsipial mövqeyi olan insan kimi qəbul edir. Tam doğru sözümüzdür: Amil Novruzovun birbaşa şəxsiyyəti ilə bağlı olan bu keyfiyyətlər yubiley tərifi deyil, həqiqətdir, daha artığına layiq olduğu həqiqət.

A.Novruzov qarabağlıdır, Ağdamda doğulub boya-başa çatıb, orta məktəbi qurtarıb. Amma onun xarakterində, davranışında əksər həmyerlilərində olduğu kimi dəliqanlılıq, çılğınlıq yoxdur. O, olduqca təmkinli, səbirli, sakit adamdır. Özü də Amili tələbəlik, gənclik illərindən tanıyanlar deyirlər ki, o, həmişə belə olub. Bununla belə, A.Novruzovun həyatında elə anlar, elə hadisələr olub ki, hətta möhkəm xarakteri ona özü kimi qalmağa imkan verməyib, məhvərindən çıxarıb, əsəblərini tarıma, sağlamlığını sınağa çəkib. Söhbət Qarabağın, doğma Ağdamın işğalından gedir.

Ərazilərimiz işğal olunanda Amil Bakıya təzəcə gəlmiş, bugünəcən işlədiyi "Azərbaycan” qəzetində yeni işə düzəlmişdi. Lakin ata-anası, bacı-qardaşı, qohum-əqrəbasının çoxu Ağdamda yaşayırdı. Əksər ağdamlılar kimi, onların da rayonda geniş ev-eşikləri, yaxşı iş-gücləri var idi. İndi isə işğal onların hamısını məhv etmişdi. Cavanlar bu faciənin fəsadlarının öhdəsindən yenə birtəhər gəlirdilər. Amilin valideynləri - atası Şəmsəddin kişi və anası Əminə müəllimə isə ömürlərinin sonunacan köçkünlük həyatı, Ağdamsız ağdamlı olmaları ilə barışa bilmədilər. Onlar keçmiş partiya məktəbinin yataqxanasında məskunlaşmışdılar. İş yerimiz həmin binaya yaxın olduğu üçün Amil hər gün onlara baş çəkirdi. Deyir ki, hər dəfə yataqxanaya onların nisgilini azaltmağa, könüllərini almağa getsə də, özünün qanı qaralıb gəlirdi... Allah heç kimə yurd həsrəti yaşatmasın, xüsusən də qoca yaşında.

Amma gənc Amilin Ermənistanın işğalçılıq siyasətindən çəkdiyi təkcə bu deyildi. Çünki o, Ağdamdan əvvəl Kəlbəcərin işğalının ağrısını yaşamışdı. Bunun isə birbaşa jurnalist taleyi ilə bağlı olan maraqlı tarixçəsi var.

1982-ci ildə indiki BDU-nun Jurnalistika fakültəsini bitirəndən sonra Amil Azərbaycan KP MK-nın bölgüsü ilə Kəlbəcərdə çıxan "Yenilik” qəzetinə göndərilmişdi. Onu da qeyd edək ki, Kəlbəcəri Amilin özü seçmişdi. Tələbə kimi təcrübədə olduğu Kəlbəcərin təbiəti, camaatı, yerli qəzetin kollektivi xoşuna gəlmişdi. Elə həmin vaxt qərar vermişdi ki, jurnalistlik fəaliyyətinə Azərbaycanın bu bənzərsiz yurdunda başlayacaq. Elə də etdi. Hələ üstəlik tələbə yoldaşları Malik Zeynalovun və Validə İsmayılovanın da "saqqızını oğurlayıb” Kəlbəcərə gətirdi və düz 6 il bu romantik gənc jurnalistlər "Yenilik”də yenilik etməklə məşğul oldular. Həmin dövr üçünsə bu vacib keyfiyyət sayılırdı. O üzdən qəzetdə müxbir kimi çalışan Amil çox keçməmişdi ki, redaktor müavini vəzifəsinə irəli çəkilmişdi. Hətta sonralar rayon partiya komitəsi onu redaktor təyin etmək istəmiş, lakin Mərkəzi Komitə 24 yaşlı gənc üçün bu vəzifənin tez olduğunu bildirmişdi.

Bunlar işgüzarlığı, məsuliyyəti, istedadı ilə seçilən A.Novruzov haqqında partiya kabinetlərində verilən qərarlar idi. Bayırda isə 1988-ci il idi. Artıq uzaqlarda Qarabağ və ətraf rayonların işğalı düyməsi basılmışdı. Amil deyir ki, o zaman Kəlbəcərdən Ağdama ailəsinin, valideynlərinin yanına gedib-gəlmək çətinləşmişdi, müəyyən risk tələb edirdi: "Ona görə də Ağdama qayıtmaq qərarı verdim. Rayonda məni Turizm və Səyahətlər Bürosuna direktor təyin etdilər. Bir müddətdən sonra gördüm ki, bu iş mənlik deyil. Əvvəl "Ağdam” qəzetində, sonra isə rayon icra hakimiyyətində işlədim”.

Amma dostları, həmkarları Amili mərkəzi qəzetlərdə görmək istəyirdilər. Bildirdilər ki, onun bu həyatda mükəmməl bacardığı bir iş varsa, o da jurnalistlik, qəzetçilikdir.

Amil Novruzov 27 ildir ki, tək fəaliyyətini yox, həmçinin ömrünü "Azərbaycan” qəzetinə bağlayıb. Bağlayıb deyirik ona görə ki, Amil redaksiyamızın divarları arasında ahıl yaşına çatan, gözünün nurunu, canının sağlamlığını qəzetimizə verən əməkdaşlarındandır. 1992-ci ildən bu yana "Azərbaycan”ın elə nömrəsi yoxdur ki, üzərində həm müxbir və şöbə redaktoru, həm də 1998-ci ildən baş redaktorun birinci müavini kimi Amilin zəhməti, əməyi olmasın. O, bu gün baş redaktorun sağ əli kimi əsasən redaktə ilə məşğul olur. Lakin yenilikçiliyi mühafizəkarlığını, ciddiliyi yumşaqlığını, məsuliyyətliliyi liberallığını tamamlayan A.Novruzov bu zaman da verdiyi məsləhətlər və etdiyi redaktələrlə redaksiyamızın gənc jurnalistlərinə peşə dərsi keçir.

Redaksiyamızın yerləşdiyi "Azərbaycan” nəşriyyatının binasında gecələr işığı ən gec sönən bir otaq var. Bu, Əməkdar mədəniyyət işçisi Amil Novruzovun otağıdır. Bəzən gecə saat 12-də, bəzən də daha gec həmin işıq sönür və Amil Prezidentin jurnalistlərə hədiyyə etdiyi binadakı mənzilinə yollanır. Artıq neçə vaxtdır A.Novruzovun bu vaxtsız-vədəsiz iş rejiminə özü kimi ailə üzvləri də öyrəşiblər. O, bu rejimlə 3 övlad böyüdüb, oxutdurub, əllərini çörəyə çatdırıb. İndi şükür, elə bir dərdi, problemi yoxdur. Sözsüz ki, Qarabağdan, Ağdamdan savayı. Amma Amil bu arzusuna da qovuşacağına inanır. İnanır ki, valideynlərinin nisgilli taleyini yaşamayacaq, hətta yaşı 60-ı haqlasa da...

"Azərbaycan”lılar adından

Raqif MƏMMƏDLİ



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM