Alternative content

14:38 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yollar yenidən qurulur
Yollar yenidən qurulur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:22 19.07.2019


"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Bərdə rayonundakı 43 nömrəli Yol istismar MMC-kollektivi son illər rayon ərazisində yol infrastrukturunun müasir tələblər səviyyəsində yenidən qurulması üçün xeyli iş görmüşdür.

Başqa sözlə, ölkə rəhbərinin müvafiq sərəncamlarından sonra respublika əhəmiyyətli Yevlax-Xocalı-Laçın və Bərdə İstisu avtomobil yollarının Bərdə rayonu ərazisindən keçən hissələri əsaslı təmir edilmiş, Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı, Mollaisalar-Vəliuşaqlı-Mollaəhmədli-Sərkarlar, Yeni Daşkənd-Umudalılar, Muğanlı-Körpüsındıran-kəndlərarası avtomobil yolları yenidən qurulmuş, Bərdə şəhəri ərazisində və Əyricə kəndində Tərtər çayı üzərində yeni körpülər tikilib istifadəyə verilmişdir.

43 nömrəli Yol İstismar MMC-nin sədri İlham Əzimov dedi ki, inşaatçılarımız havaların isti keçdiyi günlərdə də var qüvvə ilə çalışır, işi keyfiyyətlə yerinə yetirməyə səy göstərirlər. Hazırda kənd yollarının təmir olunması istiqamətində işlər davam etdirilir. Bu günlər Lənbəran-Təhlə, Saatlı, Mirasəfli kəndlərinə gedən 11,7 kilometr yola asfalt örtük salınıb. Qarağacı-Mollagüllər, Mollalı, Bala Qəcər-Qullar, Kətəlparaq Piyadalar, Qayalı və Bəcirəvan avtomobil yollarının çınqıl yatağı asfalt işləri üçün hazırlanıb. Zümürxan-İmamqulubəyli-Çəmənli və İkinci Qaradəmirçi avtomobil yollarında asfalt salınması işləri davam etdirilir. Qarşıda görüləsi işlər çoxdur. Dövlətin xalqın güzəranını daha da yaxşılaşdırmağa hesablanan sosial siyasəti bizə güc verir, yeni nailiyyətlərə ruhlandırır.

Lazım QULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM