Alternative content

01:58 24 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “ƏSA” yalnız qoltuq ağacı deyil
“ƏSA” yalnız qoltuq ağacı deyil
ANA SƏHİFƏ / Mədəniyyət
00:13 19.07.2019


Əlillərdən ibarət istedadlıların yaratdığı teatr da belə adlanır


Həyat o zaman gözəl olur ki...


...Onların həyata bağlılığı isə tamamilə fərqlidir: fiziki qüsurlu və ya hərəkət məhdudiyyətləri olsa da, düşüncələrində, dünyaya baxışlarında, hər anın qədrini bilmək anlamında. Əlillik insanın bacarıq və qabiliyyətlərini reallaşdırması və cəmiyyətə təqdim etməsi, özü ilə başqaları arasındakı imkan fərqini asanlıqla aradan qaldırması, hətta tam sağlam adamlardan daha üstün keyfiyyətə malik olduğunu təsdiqləməsi üçün səddə çevrilə bilməz. Onlar müxtəlif peşə və sənət yollarında da bunu təsdiqləyirlər.

Əlilliyi olan aktyorlardan ibarət ilk inklüziv teatrın da fəaliyyət göstərməsini bura əlavə etsək, daha dolğun mənzərə yaratmış olardıq. Artıq səhnə sənətinin pərəstişkarlarının və peşəkarlarının da rəğbətini qazanmış "ƏSA” teatrının yaradılmasından üç il ötür. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını bərpa etmək və sürətləndirmək, peşəkar sənətkarlarla birgə fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını yüksəltmək, nəinki teatrla, incəsənətin digər sahələri ilə də məşğul olmalarına həvəsləndirmək kimi məqsədlər "ƏSA” teatrının yaradılmasına səbəb olub.


Yeganə inklüziv teatr


Fəaliyyətə başlamasından çox keçməməsinə baxmayaraq, yeganə inklüziv teatr olan "ƏSA” uğurlu tamaşalarla çıxış edərək öz dəstxəti ilə ictimai rəğbət qazanıb.

Teatrın iki ilə yaxın fəaliyyəti müddətində fiziki məhdudiyyətli və əlilliyi olmayan aktyorların iştirakı ilə dörd tamaşa ("Dumb”, "Yuxum”, "Adamlar və siçanlar”, "Paris partladı”), bir performans hazırlanaraq fasilələrlə və dəfələrlə nümayiş olunub.

"ƏSA” teatrı onu izləməyə gələn tamaşaçılara və digər əlilliyi olanlara nəcib hisslər bəxş edərək, onlarda motivasiya yarada bilir. Eyni zamanda teatr fiziki sağlamlığını itirmişlərə ilham verməyi bacarır, onların həyata inamlarını, yaşayıb-yaratmaq hisslərini gücləndirir. Bu gənclərin fəaliyyəti cəmiyyətə, əsasən də fiziki məhdudiyyətli şəxslərə əlilliyin qüsur və ya son olmadığını, onların arzularının və xəyallarının önünə keçə bilməyəcəyini sübut edib.

Oynadıqları hər tamaşa ilə insanların qəlbini fəth etməyi bacaran bu gənclər öz timsallarında digər əlilliyi olanlara həyatda yaşamaq uğrunda mübarizə aparmağı öyrədirlər. Gəlin onların bəziləri ilə yaxından tanış olaq: Coşqun Məmmədov 1988-ci ildə Rusiyanın Tomsk vilayətində anadan olub. 1994-cü ildə ailəsi ilə birlikdə Azərbaycana köçüb. Dörd yaşında olarkən keçirdiyi xəstəliklə əlaqədar onda hərəkət məhdudiyyəti yaranıb. Lakin o, istəyindən əsla vaz keçməyib. 2017-ci ilin sentyabrından "ƏSA” teatrının kollektivinə qaynayıb-qarışıb. Əlil arabasında olmasına baxmayaraq, müxtəlif rəqs elementlərini bacarır. Orta təhsilli olsa da, ondakı aktyorluq məharəti heç də peşəkarlıqdan geri qalmır. Teatrın "Adamlar və siçanlar”, "Paris partladı” tamaşalarında yaratdığı obrazlar yaddaqalan olub.


"ƏSA” Parisi partlatdı...


Teatrın aktyorları arasında Fərid Əliyev kimiləri də az deyil. 1993-cü ildə Salyanda dünyaya göz açan Fərid orta məktəbi evdə təhsillə alıb. Serebral beyin iflici nəticəsində nitq qüsuru yaranan Fərid 2017-ci ildən bu kollektivin üzvünə çevrilib. Oynadığı "Yuxum”, "Adamlar və siçanlar”, eləcə də "Paris partladı” tamaşalarında özünün aktyorluq məharətini təsdiqlədib.

İmran Lalayev qatar qəzasında hər iki ayağını itirib, lakin hərəkətində bu o qədər də hiss olunmur. 1992-ci ildə Lənkəranda anadan olan Fərid Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdindəki İnşaat kollecində təhsil alıb. İmranın daxilindəki həyat eşqi ondakı aktyorluq qabiliyyətinə də müsbət təsir göstərib. O, ilk növbədə tamaşaçını xarizmatik görünüşü ilə ələ almağı bacarır. Eyni zamanda Fərid özünəməxsus qabiliyyət və istedadı ilə onu seyr edənləri ovsunlaya bilir. Onun "Adamlar və siçanlar” ilə "Paris partladı” tamaşalarında yaratdığı bir-birindən fərqli obrazlar da bunu təsdiqləyir.

"ƏSA”nın aktyorları arasında sevilən, seçilən, oynadığı tamaşalarda yadda qalmağa çalışan və buna nail olanlardan söz düşəndə Günay Məmmədovanın adı ilk çəkilir. 1978-ci ildə Bakı şəhərində dünyaya gəlib. 2014-cü ildən uzun sürən xəstəlik nəticəsində görmə qabiliyyətini itirən Günay həyata bəsirət gözü ilə baxır. İctimai-Siyasi Universitetin məzunudur. Bundan sonra o, ikinci təhsil də almaq qərarına gəlib və fiziki məhdudiyyətli insanlara yardım göstərməsi üçün tibb bacısı peşəsinə də yiyələnib. O, simasındakı məsumluqla yaratdığı obrazın daxili aləminin açılmasında məharətlə istifadə edir. Teatrda tamaşaya qoyulan "Adamlar və siçanlar” və "Paris partladı” səhnə əsərlərində unudulmaz və sevilən obrazlar yaradıb.

Əlfidatlı Gülnar həyata nikbin baxışlı olsa da, fiziki cəhətdən qüsurlulardandır: serebral iflic onu da həmyaşıdlarından bir qədər uzaq salıb. Gülnar ixtisasca iqtisadçıdır, maliyyəçi peşəsinə yiyələnib. 1993-cü ildə Sumqayıtda anadan olan Gülnar "ƏSA”nın səhnəsində sanki heç böyüməyən bir uşaq saflığını təqdim edir. O, sanki özünün obrazını oynayır. "Adamlar və siçanlar” və "Paris partladı” tamaşalarındakı uğurları diqqətdən kənarda qalmayıb. Ötən il dövlət başçısı tərəfindən Prezident Mükafatına layiq görülüb.

Cəlilabad rayonunda 1991-ci ildə anadan olan Elşən Əsgərov da "ƏSA”da tanınan və sevilən istedadlılardan biridir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Elşən 2004-cü ildə qəza nəticəsində sol gözünün görmə qabiliyyətini tamamilə itirsə də, həyata baxışları, yaşamaq uğrunda mübarizəsi azalmayıb, əksinə, bir az da artıb. Peşəkarlığı ilə səhnə sənətini sevdirən aktyorlardan biri kimi, onun da yaratdığı obrazlar uzun müddət tamaşaçılarını öz təsiri altında saxlayır. "Yuxum”, "Adamlar və siçanlar”, "Paris partladı” tamaşalarında yaratdığı obrazların səmimiyyəti daha çox diqqəti cəlb edir ki, bu da əsl peşəkarlığın göstəricisidir.


Bir-iki kəlmə də "ƏSA”nın Elvini haqqında


1996-cı ildə Bakıda anadan olan Elvin Mirzəyevi aktyor həmkarlarından fərqləndirən bəzi məqamlar var. O, Bakı Humanitar Kollecin Bədii yaradıcılıq fakültəsinə daxil olub. Anadangəlmə natamam osteogenezdən əziyyət çəkən bu gənc üçün aktyorluq sanki bir məqsəd idi. Ona görə də 2016-cı ildən "ƏSA”ya gəlib. Səhnədəki dinamikliyi ilə tamaşaçıya enerji ötürməyi bacaran Elvin yaratdığı obrazlarda özünü sevdirir. Teatrın "Dumb”, "Yuxum”, "Adamlar və siçanlar” tamaşalarında belə obrazları məharətlə yaradıb.

Söhbət ya anadangəlmə, yaxud da sonradan müxtəlif qəzalardan qazanılan əlilliklə bağlı fiziki sağlamlığında qüsur yaranan ölkə vətəndaşlarından, xüsusən də uşaq və gənclərdən gedir. Onların cəmiyyətə inteqrasiyasında dövlət və hökumət tərəfindən qəbul edilən fərman, sərəncam, qanun və qaydalardan başqa, ictimaiyyətin münasibətindən də çox şey asılıdır. Maraqlıdır ki, onların həyata baxış fəlsəfələrinin fərqliliyi istedadlarının üzə çıxmasında mühüm amil hesab edilir. Kimdir onlar: hətta qızıl medala layiq görülən olimpiyaçı, rəssam, bəstəkar, şair, yazıçı, toxucu, musiqiçi...

Bir sözlə, onların arasında kimlər yoxdur ki? Hətta əlil arabasında peşəkarlar səviyyəsində çıxış edən həvəskar aktyorlar da...

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM