Alternative content

14:31 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə F-35 qırıcılarının istehsalından kənarlaşdırıldı
Türkiyə F-35 qırıcılarının istehsalından kənarlaşdırıldı
ANA SƏHİFƏ / DÜNYA
16:55 18.07.2019


Vaşinqton Ankaraya F-35 qırıcılarının istehsalı proqramında iştirak etməyə qadağa qoymuşdur. Qərarın səbəbi Türkiyə hökumətinin Rusiyadan S-400 zenit-raket kompleksləri almasıdır. Bu barədə Ağ evin bəyanatında məlumat verilir.

Sənəddə vurğulanır ki, Amerikanın F-35 qırıcı bombardmançıları Rusiyanın casus texnikası ilə yanbayan istifadə oluna bilməz. Bu texnika həmin təyyarələrin döyüş xüsusiyyətləri barədə informasiya əldə etmək üçün nəzərdə tutulmuşdur. S-400 komplekslərinin alınması NATO-ya üzv-ölkələrin Rusiyanın silah sistemlərindən istifadə etməmək öhdəliklərinə xələl gətirir.

Vaşinqtonun qərarı Türkiyənin NATO ilə işbirliyinə mənfi təsir göstərə bilər. Buna baxmayaraq, bəyanatda qeyd olunur ki, Vaşinqton Ankara ilə kompleks işbirliyini davam etdirəcək.

Pentaqonun hesablamasına görə, Türkiyənin F-35 təyyarələrinin istehsalı proqramından kənarlaşdırılması nəticəsində Ankara təxminən 9 milyard dollar məbləğində sərmayələrdən məhrum olacaq. İstehsalın Türkiyədən köçürülməsi ABŞ-a təxminən 500-600 milyon dollara başa gələcək. Bu barədə ABŞ Müdafiə nazirinin müavini Ellen Lord Pentaqonda keçirdiyi brifinqdə məlumat vermişdir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM