18 Iyul 2019 16:52
590
DÜNYA
A- A+

Narkobarona ömürlük həbs cəzası verildi


Nyu York məhkəməsi El Çapo ləqəbli meksikalı narkobaronu ömürlük həbs cəzasına məhkum etmişdir. O, 12,7 milyard dollar cərimə də ödəməlidir.

"Sinaloa” narkokartelinin keçmiş başçısı 62 yaşlı Hoakin Qusman Loera 2016-cı ildə Meksikada həbs edilmiş, sonrakı il ABŞ-a ekstradisiya olunmuşdu.

Üsamə ben Ladenin ölümündən sonra Amerika hökuməti El Çaponu "1 nömrəli cinayətkar” hesab edirdi. ABŞ Prokurorluğunun qənaətinə görə, meksikalı narkobaron 12 milyard dollar məbləğində narkotik maddələr satışı təşkil etmişdir.

Öz nüfuzuna görə əfsanəvi Pablo Eskobarı üstələyən El Çaponun başına ABŞ hökuməti 5 milyon dollar mükafat qoymuşdu.

Bundan əvvəl Hoakin Qusman Loera Meksikada mühakimə olunmuş, lakin iki dəfə həbsxanadan qaçmışdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video