Alternative content

01:08 10 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:22 10.12.2019 Əbədiyaşar ömür
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ölkəmizdəki milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti yüksək dəyərləndirilir
Ölkəmizdəki milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti yüksək dəyərləndirilir
ANA SƏHİFƏ / SİYASƏT
00:57 18.07.2019


Azərbaycan həm multikultural dəyərlərin tətbiqi, təbliği, həm də müsəlman aləmində vəhdət və qardaşlıq ideyalarının bərqərar olduğu məkandır


Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi ilə birlikdə AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı altında Bakıda keçirilən "İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu öz işini başa vurdu.

Öncədən qeyd edək ki, "İslam Sivilizasiyası Qafqazda” I Beynəlxalq Simpoziumu islama dərindən bələd olan Ümummilli Lider Heydər Əliyevin birbaşa təşəbbüsü ilə 1998-ci il dekabrın 9-11-də Bakıda keçirilib. Ulu Öndər Heydər Əliyev vaxtilə "Qafqazda islamın yayılması və inkişaf etməsi Azərbaycandan başlayır” söyləməklə islam sivilizasiyasının Qafqazda bərqərar olmasında ölkəmizin oynadığı əhəmiyyətli rola diqqət çəkmişdir. İslamın Qafqazda yaşayan xalqların həyatındakı əhəmiyyətinə dərindən bələd olan Ümummilli Liderin birbaşa təşəbbüsü və iştirakı ilə 1998-ci il dekabrın 9-dan 11-dək Bakıda "İslam sivilizasiyası Qafqazda” Beynəlxalq Simpoziumu keçirilib.

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dini dəyərlərə hörmət və qayğının, həmçinin dinlərarası tolerantlıq və multikultural ənənələrin təbliğinə əsaslanan bu nəcib siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir.

Azərbaycan dünyada tolerantlıq və multikulturalizm ideyalarını təbliğ və tətbiq edən nümunəvi bir ölkə kimi tanınıb. Simpoziumda bu ideyaların təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulandı. Qeyd edildi ki, ölkəmizdə çox sayda məscid, kilsə və sinaqoq dövlət vəsaiti hesabına tikilib, həmçinin təmir edilib.

Tədbirdə Azərbaycan İlahiyyat İnstitunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov islamın Qafqaz xalqlarının həyatında tutduğu əhəmiyyətli mövqeyə, həmçinin qafqazlı alim və mütəfəkkirlərin islam sivilizasiyasına bəxş etdikləri töhfələrə toxundu: "Qafqazın ən böyük məscidi olan "Heydər Məscidi”nin inşa edilib inanclı insanların istifadəsinə verilməsi, din sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması, dini-mənəvi sferaya dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədilə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması bunun ən bariz nümunələrindəndir...”

Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənilməsi və onun aktual problemlərinin araşdırılması, ölkəmizin uzunəsrlik keçmişə malik, qarşılıqlı hörmətə əsaslanan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti bu gün də davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün respublikada mövcud tolerant və multikultural mühitin dünyada tanıdılması istiqamətində həyata keçirilən tədbirlər bir daha həmin siyasətin alternativi olmadığını təsdiqləyir. Bir sözlə, Azərbaycan müsəlman, o cümlədən islam dünyasının mərkəzi kimi bu gün diqqət mərkəzindədir.

Başa çatan "İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumda islam sivilizasiyasının inkişafında qafqazlı, xüsusən azərbaycanlı alimlərin özünəməxsus mövqeyindən bəhs edildi. Simpoziumun keçirilmə tarixinin də rəmzi mənası vardı: iyulun 14-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 ili tamam oldu. İlk növbədə məhz bu baxımdan konfransın təşkili xüsusi əhəmiyyət daşıyır.

Yekun konfransda "İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpozium iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı müraciət qəbul olundu. Bakı şəhərində keçirilmiş "İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumuna göstərdiyi hərtərəfli diqqətə, eləcə də tədbir iştirakçılarına ünvanladığı müraciətə görə dövlət başçısına təşəkkür bildirilən müraciətdə qeyd edilir ki, islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan tarixən müsəlman sivilizasiyasının yaranması və tərəqqisində mühüm rol oynayıb: "...Təsadüfi deyildir ki, Bəhmənyar Azərbaycani, Şihabəddin Sührəvərdi, Nizami Gəncəvi, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Seyid Yəhya Şirvani, Məhəmməd Füzuli və yüzlərlə başqa azərbaycanlı mütəfəkkirlər müsəlman aləmində elmi, fəlsəfi və ədəbi düşüncənin inkişafında müstəsna xidmətlər göstərmişlər. İslam mədəniyyəti Qafqazın digər bölgələrinə məhz Azərbaycandan yayılıb...”

Paytaxt Bakının son 10-15 il ərzində evsahibliyi etdiyi bir sıra beynəlxalq tədbirlər kimi, "İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu da məhz Ulu Öndər Heydər Əliyevin misilsiz ideyalarının həyata keçirilməsinin bariz nümunəsidir. Sosial-iqtisadi baxımdan sürətlə inkişaf edən ölkəmiz elm və mədəniyyət sahəsində də çoxsaylı nailiyyətlərə imza atır. Azərbaycan multikultural dəyərlərin xalq və dövlət səviyyəsində dəstəkləndiyi və beynəlxalq miqyasda təbliğ olunduğu ölkədir. 2016-cı ilin "Multikulturalizm ili” elan olunması da bu ali dəyərlərə dövlət başçısının yüksək münasibətinin təzahürüdür. Qloballaşan dünyada monokultural mədəniyyət anlayışının multikultural düşüncə ilə əvəzlənməsi, mədəniyyətlərin öz sərhədlərindən çıxması zərurətə çevrilib. Sivilizasiyalararası və mədəniyyətlərarası əlaqələrdə Azərbaycanın multikulturalizmi önə çəkməsi zamanın çağırışları ilə həmahəngdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili "İslam həmrəyliyi ili” elan edilməsi haqqında imzaladığı tarixi sərəncamın da islam dünyasında böyük əhəmiyyəti oldu. Həmin sərəncam dünyada getdikcə güclənən ksenofob və islamofob qüvvələrə tutarlı cavabdır. Bu, eyni zamanda 2016-cı ilin "Multikulturalizm ili” elan olunması barədə dövlət başçısının imzaladığı sərəncamın məntiqi davamı idi. Dünya xalqları birmənalı şəkildə görür və hiss edir ki, Azərbaycan həm multikultural dəyərlərin tətbiqi və təbliği, həm də müsəlman aləmində vəhdət və qardaşlıq ideyalarının yayılması baxımından nümunəvi ölkədir.

Xatırladaq ki, "Çar Rusiyasının Qafqazda İslam siyasəti”, "Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”, "Qafqazda multikulturalizm” kimi mövzular "İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun keçirilən panel iclaslarının aparıcı mövzuları idi. Hər paneldə isə çoxsaylı məruzələr dinlənildi.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM