Alternative content

01:50 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Biçini uğurla başa çatdırdılar
Biçini uğurla başa çatdırdılar
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:56 18.07.2019


Hər il olduğu kimi bu il də Ağstafa taxılçıları bol məhsul yetişdirərək biçini optimal müddətdə başa çatdırdılar. Orta hesabla hər hektardan 36,4 sentner buğda, 28,1 sentner arpa götürən taxılçılar keçənilki göstəricini xeyli yaxşılaşdırdılar. Əkinçilər hazırda gələn ilin məhsulu üçün zəmin yaradırlar.

Ümumiyyətlə, ağstafalılar taxılçılığın inkişafı üçün bütün imkanlardan istifadə edirlər. Həm fiziki, həm də hüquqi şəxslər istehsalı artırmaq üçün qabaqcıl texnologiyalara üstünlük verirlər. Götürək "Ağstafasüd” MMC-ni. MMC hər il əkin sahələrini intensiv üsulla becərərək bol məhsul əldə edir. Kollektiv bu il də məhsulu vaxtında və itkisiz toplayaraq anbarlara yığmışdı. Buğda istehsalı ilə məşğul olan "Ağstafasüd” MMC-nin əkin sahələri əsasən Böyük Kəsik, Ağgöl, Köçvəli, Saloğlu və digər kəndlərin ərazisindədir. MMC-nin təkcə Ceyrançöl massivində 1700 hektar əkin sahəsi var. Təsərrüfat bu il də yüksək göstərici əldə edib. Hər hektardan 40 sentner taxıl götürən kollektiv gələn il bu göstəricini təzələmək fikrindədir. Bunun üçün təsərrüfatda hər cür şərait var.

Rayonda ən çox taxıl əkilən kəndlərdən biri də Dağ Kəsəmənlidir. Keçən il cari ilin məhsulu üçün 999 hektarda taxıl yetişdirən kənd sakinləri hektardan 28,1 sentner arpa, 35,7 sentner buğda götürmüşlər ki, bu da əvvəlki göstəricidən xeyli çoxdur.

Nəsib Qədiməliyev taxılçılıqla çoxdan məşğul olur, bu sahədə böyük təcrübəsi var. Keçən il Dağ Kəsəmən kəndi ərazisində 100 hektardan çox sahədə taxıl əkmiş və bol məhsul götürmüşdür. Deyir ki, taxılçılıq gəlirli sahədir. "Ancaq gərək həm torpağın strukturunu biləsən, həm də səpdiyin toxumun məhsuldarlığını. Əsas məsələlərdən biri bitkinin vegetasiya dövrünü diqqətdə saxlamaqdır. Torpağa gübrə də, su da vaxtında verilməlidir. Belədə zəhmət hədər getməz. Sağ olsun dövlətimizi. Biz fermerlərə istənilən qədər yardım edir. Hər hektar məhsula görə subsidiya alırıq. Bundan əlavə, bizi güzəştli qiymətlərlə gübrə ilə təmin edir. Motor və sürtkü yağlarına görə də əlavə vəsait ödənilir. Daha nə olmalıdır? Bircə qalır işə diqqətlə yanaşmaq”.

Adil Nəsibov da işgüzar fermerlərdəndir. Hər il Poylu kəndi ərazisində taxıl əkir. Keçən il yüksək məhsul əldə edən fermer cari ilin məhsulu üçün əkin sahələrini bir qədər də genişləndirərək 90 hektara çatdırmışdır. Biçində elə bir çətinliyi olmadı. Çünki təsərrüfatın istənilən qədər texnikası var, şum traktorundan, kombayndan tutmuş səpin aqreqatına kimi. Kombaynlardan birini öğlu Elman Nəsibov işlədir. Öz təsərrüfatında biçin başa çatan kimi kombaynları kömək məqsədilə digər təsərrüfatlara göndərir. Əkdiyi sahələr əsasən kənd sakinlərinin pay torpaqlarıdır. Sahələrdə ancaq "Azəri” toxum sortu əkir. Onu bir neçə ildir Toxumçuluq Elmi-Tədqiqat İnstitutundan alır. Nəticə olduqca sevindiricidir.

Adil Nəsibov istehsal etdiyi buğdanın bir hissəsini toxum kimi tədarük edir. Bunun üçün təsərrüfatda toxumtəmizləyən aqreqatı da var. Məsələn, keçən il istehsal etdiyi 2800 ton buğdanın 2200 tonunu toxum kimi satmışdır.

Ümumiyyətlə, rayonda taxıl biçini zamanı problem olmur. Ağstafa Aqrar İnkişaf Mərkəzində olarkən "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Şəmkir regional nümayəndəliyinin Ağstafa bölməsinin müdiri Qədir İsgəndərovla görüşdük. Dedi ki, Ağstafada hər il biçin kampaniyası mütəşəkkilliklə gedir. Hər işə çox diqqətlə yanaşılır. Xüsusilə kombayn və taxıl daşıyan maşınların boş dayanmalarına yol verilmir.

S.ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM