18 Iyul 2019 00:34
1195
Təhsil
A- A+

Burada peşəkarlar hazırlanır


Söhbət İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecindən gedir


Hazırda iri şəhərlərlə yanaşı regionlarımızda da onlarla ali və orta texniki təhsil müəssisələri fəaliyyət göstərməkdədir. Sözsüz ki, bu amil bölgələrimizdə ziyalılığın daha da inkişaf etməsilə yanaşı, həmin ərazidə və yaxınlıqda yerləşən rayonların sakinləri üçün də bir rahatlıq yaradır.

Gənclər təhsil ardınca uzaq məsafə qət edib paytaxta və ya digər şəhərlərə gəlməkdənsə, daha yaxınlıqda yerləşən, özlərinə və valideynlərinə də sərf edən məkanda arzuladıqları təhsili almaq şansı qazanırlar. Belə təhsil müəssisələrindən biri də İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecidir. Həmişə elmi potensialı ilə seçilən İsmayıllıdakı bu müəssisə Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli qərarı ilə fəaliyyətdədir.

Kollecin direktoru, dosent Kəmalə Süleymanlı bildirdi ki, rayonda, o cümlədən regionda belə bir təhsil müəssisəsinə yaranan ehtiyac kollecin açılmasını zəruri edirdi. O, Azərbaycan təhsilində yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Ardıcıl köməyə və hərtərəfli dəstəyə görə isə Təhsil Nazirliyinə, İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü çatdırdı. Tədrisin yaxşılaşdırılması üçün bundan sonra görüləcək işlərdən də ətraflı danışdı.

Direktor bildirdi ki, kollecə 9 illik və tam orta təhsil bazasından gənclər qəbul olunur. Doqquzillik təhsil bazasından məktəbəqədər təlim və tərbiyə, mühasibat uçotu, ət və süd məhsullarının texnologiyası, kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti, taxıl və taxıl məhsullarının saxlanması və emalı texnologiyası, aqrar təsərrüfatın təşkili, turizm və onun təşkili, baytarlıq, bank işi və bələdçilik işi ixtisasları var.

Tam orta təhsil bazasından isə tibb bacısının işi, mühasibat uçotu, meşə və meşə-park təsərrüfatının təşkili, bələdiyyə təsərrüfatının təşkili və sair ixtisaslar tədris olunur.

Təhsil müəssisəsini bitirən məzunlar ixtisaslarına uyğun olaraq ölkə ərazisindəki fərqli təsərrüfat subyektlərində çalışırlar. Onların arasında tibb, turizm və aqrar sektoru təmsil edənlər üstün mövqeyə malikdirlər. Hətta turizm ixtisaslı kadrlardan Türkiyə və Yunanıstanın analoji obyektində işləyənlər də var. Kollecdə 80 nəfər işçi çalışır və respublikamızın 44 rayonundan 500 tələbə təhsil alır.

Kollecin ilk buraxılışı 2015-ci ildə olub. Bunlar isə ikiillik ixtisaslarda təhsilalanlardır. Həmin ixtisaslar isə turizm və onun təşkili, həmçinin kompüter şəbəkəsidir. Ondan sonra hər il buraxılışlar olur. İllər üzrə nə qədər məzunun buraxılışına gəldikdə isə onlar ixtisas sayından asılıdır. Bu hədd 100-dən bir qədər çox da ola bilər, az da... Kəmiyyət öz yerində. Vacib olanı isə bu təhsil müəssisəsində keyfiyyətli kadrların hazırlanmasıdır.

Əli SƏLİMOV,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video