18 Iyul 2019 00:22
1353
Təhsil
A- A+

Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” təşkil olunub


Bakıda Avropanın 17 ölkəsindən 34 hüquqşünas tələbənin iştirakı ilə V beynəlxalq "Yay hüquq məktəbi” təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə keçirilən tədbirin təşkilatçısı Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi olub.

ELSA-nın Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, insan alverinə qarşı mübarizəyə həsr edilən beynəlxalq tədbirin açılış mərasimi Dövlət Miqrasiya Xidmətinin inzibati binasında keçirilib.

Tədbirdə Prezident Administrasiyasının əməkdaşı Elşən Bayramov, Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Ülvi Əliyev və Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Ramil Kazımov çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan institusional və qanunvericilik islahatları, eləcə də qanunsuz miqrasiyaya və insan alverinə qarşı aparılan uğurlu mübarizə barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, ELSA-nın Azərbaycan nümayəndəliyi ölkəmizdə bir neçə uğurlu beynəlxalq və yerli layihələr həyata keçirib. Hazırda təşkilat Vəkillər Kollegiyası ilə birlikdə "ProDemos - xalq üçün” maarifləndirmə layihəsini həyata keçirir. Layihənin məqsədi vətəndaşların sosial şəbəkələr vasitəsilə maarifləndirilməsi və ölkəmizdə aparılan hüquqi islahatlarını sadə və anlaşılan dildə onlara çatdırılmasıdır.

Yay məktəbi çərçivəsində əcnəbi tələbələrin Ali Məhkəməyə və "ASAN xidmət” mərkəzinə tanışlıq səfərləri təşkil olunub. Eləcə də Azərbaycanın tarixi və mədəniyyəti ilə tanışlıq məqsədilə iştirakçılar Heydər Əliyev Mərkəzini, Şəhidlər xiyabanını, Xalça Muzeyini, Qız qalasını ziyarət ediblər.

Avropanın 42 ölkəsində fəaliyyət göstərən ELSA beynəlxalq təşkilatı 230 universitetdə təhsil alan 40 mindən çox hüquqşünas tələbəni və gənc hüquqşünası sıralarında birləşdirir. Təşkilatın məqsədi Avropada gənc hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişləndirilməsinə, cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsinə, nəzəri biliklərinin praktiki tətbiqinə nail olmaqdır. Azərbaycan 2010-cu ildə ELSA beynəlxalq təşkilatına üzv olub. Ölkəmiz hazırda bu qurumun ən fəal üzvlərindən biridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video