Alternative content

23:04 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanda Koçaryanı azadlığa buraxan hakim təqib olunur
Ermənistanda Koçaryanı azadlığa buraxan hakim təqib olunur
ANA SƏHİFƏ / DÜNYA
17:04 17.07.2019

Ermənistanda sabiq prezident Robert Koçaryanı həbsxanadan azadlığa buraxan birinci instansiya məhkəməsinin hakimi David Qriqoryan hakimiyyətin təzyiqinə məruz qalıb.

AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, hazırda Qriqoryanın məhkəmə binasındakı kabineti möhürlənib. Bundan başqa, Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları onun evində axtarış aparıblar. Ölkənin Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan bu məlumatı təsdiq edib. O əlavə edib ki, axtarış bu xidmətin apardığı istintaq çərçivəsində həyata keçirilib və təfsilatı barədə məlumat verilməyəcək. Bundan əvvəl də Politika.am portalı yazıb ki, kabinet möhürləndikdən sonra hakim və onun vəkilinə oraya daxil olmaq qadağan edilib. Xüsusi İstintaq Xidmətinin müstəntiqi isə bildirib ki, kabinet cinayət yeridir. Məzuniyyətdən qayıdan Qriqoryan nə baş verdiyini anlamayıb.

Yerevan birinci instansiya məhkəməsi mayın 20-də oyuncaq "Dağlıq Qarabağ” respublikasının indiki başçısı Bako Saakyan və keçmiş rəhbəri Arkadi Qukasyanın zəmanəti ilə sabiq prezident Koçaryanın azadlığa buraxılması, cinayət işinin icraatının dayandırılması və onun əlavə istintaqı barədə qərar verib. İyunun 25-də isə Ermənistan Apellyasiya Məhkəməsi bu qərarı ləğv edib və sabiq prezident yenidən həbsxanaya göndərilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM