Alternative content

23:00 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İxrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
İxrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:42 17.07.2019

Son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycandan Rusiyaya ixrac olunan 118 ton bitki məhsullarının geri qaytarılması barədə informasiyalar dolaşır. Bu, nə dərəcədə doğrudur?

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu barədə AZƏRTAC-a deyib: "Yayılan məlumatlar qətiyyən həqiqəti əks etdirmir. Qeyd etmək lazımdır ki, iyulun 1-dən Agentliyimiz tərəfindən Azərbaycandan ixrac olunan məhsullar barədə ətraflı məlumatlar yayımlanır. Bu il yanvarın 1-dən indiyədək təqribən 319 min 764 ton kənd təsərrüfatı məhsulları ixrac olunub və onlardan cəmi 5 nəqliyyat vasitəsi geri qaytarılıb. Geri qaytarılanlar pomidor, gilas və tütün məhsullarıdır. Bu, ixrac olunan məhsulların cəmi 0,03 faizini təşkil edir.

Nəqliyyat vasitələrindən 2-i sənədləşmədə olan problemlər, 3 isə kənd təsərrüfatı məhsullarının zərərvericilərlə yoluxması ilə əlaqədar geri qaytarılıb. Həmin məhsulların heç birinin toksikoloji göstəricilərində nöqsanlar aşkar edilməyib və bu, bitkiçilik təsərrüfatlarında aqrokimyəvi vasitələrin, pestisid və bitki zərərvericilərinə qarşı tətbiq edilən vasitələrin düzgün həyata keçirildiyini göstərir. Geri qaytarılan 2 nəqliyyat vasitəsinin sənədlərində olan problemlər aradan qaldırılandan, 3 nəqliyyat vasitəsindəki kənd təsərrüfatı məhsulları isə zərərvericilərə qarşı müvafiq fitosanitar tədbirlər həyata keçiriləndən sonra məhsullar yenidən ixrac olunub”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM